Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Redaktor seçimi (Bu gün, 15:15)
AEF GROUP-un İŞİ VƏTƏNDAŞLARI NİYƏ NARAZI SALIR?


 

Ağdərə rayonunun Həsənriz kəndində, eləcə də digər kəndlərdə aparılan təmir-bərpa işləri ilə bağlı redaksiyamıza ciddi narazılıqlar daxil olub. Təmir işlərini həyata keçirən AEF Group şirkətinin gördüyü işlərin keyfiyyətsiz olduğu, ayrılan vəsaitlə real nəticələr arasında isə kəskin uyğunsuzluq müşahidə edildiyi bildirilir.Belə ki AEF Group, “Ağdərə rayonu Həsənriz kəndində 90 ədəd fərdi yaşayış evinin əsaslı təmiri üçün 2,3 milyon manatlıq tenderin qalibi olub.Sadə hesablamaya görə, bu vəsait hər bir ev üçün orta hesabla təxminən 25 min manatdan çox maliyyə ayrılması deməkdir. Lakin faktiki vəziyyət göstərir ki, bu məbləğə uyğun nə əsaslı təmir aparılıb, nə də uzunmüddətli yaşayış üçün minimal texniki və istilik standartları təmin olunub.

 

 Mediatv.az-a daxil olmuş məlumata görə, evlərdə aparılan “təmir” kosmetik xarakter daşıyır: divar və tavan örtükləri qısa müddətdə çatlayır,ucuz materiallardan istifadə edilib, istilik izolyasiyası düzgün qurulmadığından qış aylarında evlərdə soyuq və rütubət hökm sürür. Pəncərələrin və qapıların keyfiyyətsiz quraşdırılması küləyin və soyuğun birbaşa evə dolmasına səbəb olur. Bu isə xüsusilə məcburi köçkün ailələri üçün əlavə əziyyət və xərc deməkdir.Maraqlıdır ki, dövlət tərəfindən bu ərazilərdə bərpa və təmir işlərinə kifayət qədər vəsait ayrıldığı aydındır. Lakin faktiki vəziyyət göstərir ki, ya ayrılan vəsait səmərəsiz xərclənir, ya da icra prosesinə ciddi nəzarət yoxdur. Sakinlər iddia edirlər ki, işlər tələsik, texniki normalara əməl olunmadan və keyfiyyətə nəzarətsiz şəkildə görülüb.Qışın sərt keçdiyi bölgədə bu cür məsuliyyətsizlik insanların gündəlik həyatına birbaşa zərbə vurur. “Təmir olunmuş” evlərdə yaşamaq məcburi köçkünlər üçün rahatlıq yox, yeni problemlər yaradır. Sual yaranır: görülən işlər qəbul edilərkən hansı meyarlara əsaslanıb, kim məsuliyyət daşıyır və niyə vətəndaşların şikayətləri cavabsız qalır?

  Məsələ ilə bağlı AEF Group-un mövqeyini, həmçinin aidiyyəti dövlət qurumlarının açıqlamasını gözləyirik.Dövlət vəsait hesabına görülən işlərin keyfiyyətsizliyi nə görməzlikdən gələ, nə də susqunluqla ört-basdır edilə bilər. Ağdərədə aparılan bərpa işləri kağız üzərində yox, real həyatda nəticə verməlidir.

  Mediatv.az 



шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
7 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026
6 02 2026