Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2026, 19:51)
Hövsanda stadion ələ keçirildi, hasarlandı – FOTOLAR


Hövsanda stadion ələ keçirildi, hasarlandı –  ARAŞDIRMA
Hövsan qəsəbəsinin mərkəzində illərdir sakinlərin istifadə etdiyi stadion ərazisində hazırda müəmmalı tikinti aparılır. «Təzadlar»a daxil olmuş şikayətlə bağlı ərazidə olduq. Şikayətçi sakinlər bildirdilər ki, söhbət Fövqəladə Hallar Nazirliyi məktəbinin, Olimpiya İdman Mərkəzinin, Elman Qasımov adına küçənin, Əlillərin binasının, eləcə də üzbəüzdə yerləşən “15-lər” və “17-lər” kimi tanınan yaşayış binalarının bir addımlığında yerləşən qəsəbənin ən böyük futbol stadionundan gedir.


Məlum olur ki, bir vaxtlar uşaqların futbol oynadığı, gənclərin vaxt keçirdiyi, yaşlıların səhər-axşam yürüş etdiyi, insanların nəfəs aldığı bu yer indi hasar arxasında gizlədilən naməlum tikintiyə çevrilib. İndi əsas sual budur: bu qədər binanın, məktəbin, idman obyektlərinin ortasında yerləşən, ictimai istifadədə olan stadionu ləğv edib yerində obyekt, bina və. s tikmək hansı ağıla, hansı məntiqə, hansı qanuna sığır?

***

Ərazidə olarkən aparılan işlərlə bağlı ən diqqətçəkən məqam isə tam məlumat boşluğudur. Tikinti sahəsində adətən rast gəldiyimiz məlumat lövhəsi də yoxdur. Nə tikinti aparan şirkətin adı, nə layihə lövhəsi, nə də ictimaiyyətə hər hansı izahat və üzrxahlıq verilib. Bəs bu tikintini kim aparır? Kim icazə verib? Bu ərazi hansı əsasla zəbt olunub? Nəhayət, qəsəbənin bu ərazisində yaşayan sakinlər, xüsusən də gənclər və uşaqlar boş vaxtlarında harda idmanla məşğul olsunlar? Avaralanmağa meyillənsinlər, yoxsa siqaret çəkməyə getdsinlər?!  Bəli cavabsız suallar çoxdur, cavabdeh isə yoxdur. Bu isə haqlı olaraq suallar doğurur. Ən ağrılı məqam isə, odur ki, bu stadion uşaqların, yeniyetmələrin, gənclərin yeganə idman məkanı idi. İnsanlar burada futbol oynayır, səhər-axşam gəzintiyə çıxırdı. İndi isə hansısa işbazın məntiqilə bu yer məhv edilir. Kimin və nəyin marağı naminə?
Bir müddət əvvəl bu ərazini görəndə düşünmək olardı ki, bəlkə yaşıllaşdırma aparılır, bəlkə stadion təmir edilir. Amma yox. Məlum oldu ki, məsələ yenə də klassik ssenaridir: ictimai məkan, hasar, obyekt və ya göydələn və şəxsi qazanc!
Vətəndaşın xeyrinə bir iş görsələr, bu artıq fövqəladə hadisə olardı.

İndi isə növbəti suallar ortaya çıxır: Bəs Suraxanı Rayon İcra Hakimiyyəti hara baxır? İcra başçısı Adil Əliyev işgüzar və obyektiv insandır-icra başçısıdır. Görəsən, onun bu gizli tikintiyə mövqeyi necədir?

Bu qədər texnika, hasar, söküntü gözlərinin önündə baş verir, görmürlərmi? Polisin, sahə müvəkkili bu ərazidən keçmir? Yoxsa, hamı burda görür, amma susur?! Əgər hansısa vətəndaş öz həyətində bir quş damı tiksəydi bütün dövlət qurumları başının üstünü alardı. Amma əhəlinin istifadəsində olan ictimai əhəmiyyətli bir stadionu göz qabağında məhv edirlər, heç kimdən səs şıxmır və hamısı partizan kimi susurlar.

«İcra başçısı Adil Əliyev işgüzar və obyektiv insandır-icra başçısıdır- onun bu gizli tikintiyə mövqeyi necədir?»

Halbuki bu ərazidə park salmaq, idman avadanlıqları quraşdırmaq, uşaqlar və böyüklər üçün sağlam həyat şəraiti yaratmaq daha məqsədəuyğun olardı. Amma asan yol seçilir: beton, bina, göydələn. Belə davam edərsə, bir müddət sonra bu şəhərdə nə nəfəs almağa hava qalacaq, nə də bir metr açıq məkan. Bəzi tamahı bitməyən, puldan doymayan şəxslərin maraqları cəmiyyətin sağlamlığından üstün tutulur.

Həkim deyir: “Gündə yarım saat gəzin, idman edin”. Bəs bu insanlar Hövsanda harda gəzsin, idmanla harda məşğul olsun???

Bu gün Azərbaycanda ürək-damar xəstəlikləri, piylənmə, stress və hərəkətsizliklə bağlı problemlər artıbsa, bunun səbəblərindən biri də məhz budur. Həkim deyir: “Gündə yarım saat gəzin, idman edin.” Yaxşı, bəs harada? Harada gəzsin bu insanlar? Uşaqlar idmanla harada məşğul olsunlar? Vaxtilə bu stadionda yüngül idman yürüşü edən insanlar, indi küçədə gəzməyə belə yer tapmır. Çünki belə məkanlar ardıcıl şəkildə məhv edilir, yerində isə beton hasarlar salınır. Axı cənab Prezident icra başçılarını ora təyin edib ki, xalqın problemlərini həll etsinlər, şəhərləri yaşanılan etsinlər, vətəndaşa xidmət göstərsinlər. Amma təəssüf ki, bəzi icra strukturları bu missiyanı unudub, özbaşınalığa göz yummaqla, yaxud birbaşa maraqlı tərəf kimi çıxış etməklə məşğuldurlar.

***

Bu laqeydlik və qeyri-müəyyənlik fonunda vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün biz əraziyə baş çəkdik, sakinlərlə həmsöhbət olduq. Onların hamısı eyni fikri bildirdi: burada nə tikildiyini bilmirlər.

Sakinlər deyir ki, ərazi hasara alınandan sonra heç bir rəsmi məlumat verilməyib, heç kimlə izahat işi aparılmayıb. Daha maraqlı məqam isə budur ki, tikinti sahəsində mühafizəçi kimi çalışan şəxs də burada nə tikildiyindən xəbərsiz olduğunu bildirdi. Bəlkə də məlumat verməkdən qorxdu. O, bizimlə söhbətdə dedi ki, mühafizəçi kimi çalışır və nə tikintini aparan şirkətin adını, nə də layihənin mahiyyətini bilir. Əlaqə üçün hər hansı telefon nömrəsi və ya məsul şəxs barədə də məlumat vermədi.

Bu, təbii ki, şübhələri daha da artırır. Görünən odur ki, tikinti prosesi maksimum gizlilik şəraitində aparılır və hətta orada çalışanlara belə məlumat verilmir.

Halbuki söhbət sıradan bir torpaq sahəsindən yox, ictimai istifadədə olan stadion ərazisindən gedir. Yenə də qeyd edirik ki, bu yer illərlə Hövsan sakinlərinin gəzinti və idman məkanı olub. Vətəndaşların isə tam haqlı bir tələbi var:
                Bu ərazidə nə tikilir?

Əgər tikinti qanunidirsə, layihə açıq şəkildə təqdim olunmalıdır, ictimaiyyətə izah verilməlidir. Əgər hər şey qaydasındadırsa, niyə bu qədər gizlilik var? Bu stadion təkcə Hövsanın yox, bütün şəhərin problemidir. Çünki bu gün stadion hasarlanırsa, sabah park, o biri gün məktəb həyəti hasarlana bilər. İnsanların nəfəs aldığı, hərəkət etdiyi, sağlamlığını qoruduğu məkanlar bir-bir yoxa çıxır. Vətəndaşın haqqıdır bilsin ki, bu ərazidə nə tikilir, kim tikir və hansı əsasla tikir?

***

Biz bu sualları Dövlət Şəhərsalma və Tikinti Komitəsinə ünvanlayırıq və ümid edirik ki, əgər tikinti qanunidirsə, aidiyyəti qurumlar və ya tikintini aparan tərəf bu yazıya cavab verəcək.  Çünki susduqca hasarlar böyüyür…(Nocomment)

P.S. Məsələni aydınlaşdırmaq və əks tərəfin mövqeyini öyrənmək üçün iki dəfədir ərazidə olmuşuq, tikinti sahəsinə əlaqə üçün telefon nömrəsi də vermişik. Lakin aradan xeyli vaxt keçsə də, heç bir cavab verilməyib. Buna baxmayaraq, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq və mövzunu gündəmdə saxlayacağıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026