Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Dünən, 14:37)
FHN-in sabiq əməkdaşı Xankəndidə həbs edildi - TƏFƏRRÜAT

 

Fövqəladə Hallar Nazirliyinin sabiq əməkdaşı Xankəndi şəhərində həbs edilib.

Mediatv.az oxu.az-a istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Elnur Rəhmanov (soyad şərtidir) azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilib.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni vəzifəsində çalışan Elnur 2025-ci ilin iyun ayının əvvəllərində Xankəndi şəhərinə ezam olunub və orada xidmətini davam etdirib. Bir gün o həyətdə olarkən uşaqların gizlənpaç oynadığını görüb. Həmin vaxt oyun oynayan, Xankəndi şəhər 4 saylı orta məktəbinin 6-cı sinif şagirdi olan, 2014-cü il təvəllüdlü qız gizlənmək üçün yaxınlıqdakı binaya daxil olub. Bunu görən Elvin həmin qızın arxasınca binaya daxil olaraq, onunla gizlənpaç oynamaq istədiyini desə də, azyaşlı onun təklifini rədd edib. Elvin azyaşlıya 4-cü mərtəbədə boş otaq olduğunu deyərək, onun həmin otaqda gizlənməsini təklif edib. Azyaşlı da təkliflə razılaşaraq, digər azyaşlı tanışı ilə həmin mərtəbəyə qalxıb, orada gizlənmək istəyib. Həmin vaxt onların arxasınca otağa daxil olan Elvin azyaşlını tutaraq, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Azyaşlı onun əlindən qaçaraq, həyətə düşüb və özünü pis hiss etdiyi üçün evlərinə gedib.

Məsələ ilə bağlı polisə məlumat verilib. Polis əməkdaşlarının keçirdikləıri əməliyyatla Elnur saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə Elnur 2 ilazadlıqdan məhrum edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
7 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026
6 01 2026