Sosial (Bu gün, 12:51)
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”

Bunu Moderator.az-a özəl açıqlamasında görkəmli sənətkar Münəvvər Kələntərlinin oğlu Əli Məhəmmədov deyib. O daha sonra əlavə edib:
“Mənim atam da sistem işçisi olub. Bir neçə filmdə, o cümlədən “Qara volqa”-da çəkilib. Mənim 2 yaşım olanda anam məni uşaq evinə qoyub. Ana qayğısı görməmişəm. “Pəncərədə işıq” filmini o vaxt uşaq evində çəkirdilər. Həmin filmdə bir neçə epizodda mən də düşmüşəm. Anam yadıma gəlmir. Deyilənə görə məni 1-ci həyat yoldaşının etirazına görə uşaq evinə atıb. Ayrılmışdı ondan, amma gəlib-gedirdi. Anam bacım Validəni saxlayıb. Anamı şəkildə görmüşəm. Uşaq evində deyirdilər ki, sənin o boyda anan var idi, niyə gəlib-getmirdi? Bütün sualların qarşısında susurdum. Vaxtilə anam mənə baxsaydı bu günlərə düşməzdim. Bir bacım oğlu var, o da hərdən gedib-gəlir. Bəzən mənə köməklik edir” deyə sənətkarın övladı olduğunu deyən şəxs bildirib.
O daha sonra anasından ona qalan əşyalardan danışıb:
“Anamdan mənə Lənkərandakı Böyük bazar deyilən ərazidə bircə evi yadigar qalıb. Onu da o vaxt Heydər Əliyev anama vermişdi. Ora muzey kimi fəaliyyət göstərir. Açarı tək məndədir. Bir də qonşuya vermişəm ki, turistlər gələndə açıb göstərsin. Həmin muzeydə anamın bir neçə şəxsi əşyası, xüsusilə də qramafonu var. O qramafonu Həsən Məmmədov “Arşın mal alan” filmi çəkiləndə atamdan icazə alıb çəkilişdə istifadə etmək üçün aparmışdı. Bilirsiniz ki, bu film iki dəfə, 1945 və 1965-ci illərdə çəkilib. Söhbət 1965-də çəkilən filmdən gedir. O zaman artıq anam iki il idi dünyasını dəyişmişdi” deyə sənətkarın övladı bildirib.
Əli Məhəmmədov iddia edib ki, daha bir məşhurla qohumluq əlaqələri var:
“Mənim ögey bacım da diktor Şərqiyyə Hüseynovadır. O da mənə kömək edə bilmir. Özü də şəkər xəstəsidir, üstəgəl də gözlərinə mirvari suyu gəlib. Necə baxsın? Tək adamdır, özü güc-bəla ilə dolanır” deyə o bildirib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025