Sosial (26-02-2025, 12:01)
Universitet müəllimi və uşaqlıq dostu qərardan narazıdır
Gəncədə dələduzluq etməkdə təqsirləndirilən Əli İbrahimov və Rübail Hüseynovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılır.
Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, R.Hüseynov 8 il və Ə.İbrahimov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə R.Hüseynovun cəzasını 12 ilə qaldırılıb. Ali Məhkəmə isə qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
Qeyd: Ə.İbrahimov Azərbaycan Dövlət Aqrar Universitetində müəllim işləyib. O, uşaqlıq dostu R.Hüseynovla birgə 3 nəfərin etibarından sui-istifadə edərək onların ümumilikdə 742 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Belə ki, toxumçuluq işi ilə məşğul olan uşaqlıq dostlarına Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və hər ikisi təqsirləndirilən şəxs qismində həbs olunublar.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 11 2025
10 11 2025
10 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
9 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025
8 11 2025

























