Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 21:20)
İCARƏYƏ VERDİYİ OBYEKTİ SAXTA SƏNƏDLƏ ƏLƏ KEÇİRİLDİ - Cəbrayıl sakini Gigiyena və Epidemiologiya Mərkəzinin direktorundan şikayətçidir

Cəbrayıl rayon sakini Həşimov Habil Fehruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev ona məxsus olan obyekti ələ keçirib:
“Bildirim ki, 2014-cü ildə Cəbrayıl rayonunda olan məcburi köçkünlər üçün Biləsuvar rayon ərazisində salınmış Cəbrayıl qəsəbəsində xırda ticarətlə məşğul oluram. 2014-cü ildə Cavanşir adlı şəxsə aid olan 13 otaqlı ticarət obyektini 20 min manata satın almışam. Bununla bağlı Cəbrayıl rayon İcra Hakimiyyətindən ilkin rəsmi sənədləri də almışam. Həmin vaxtdan otağın birini 80 manat müqabilində Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin hazırkı direktoru Sənan Mehralıyevə icarəyə vermişəm. Bunu Sənan Mehrəliyevin özü də prokurorluğa verdiyi ərizədə təsdiq edib.
Sənan Mehrəliyevin bir müddət sonra Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru təyin edildi. Cəbrayıl rayon İcra Hakimiyyətinin 1-ci müavini Tapdıq Nəsirovla yaxın dost münasibəti olduğundan, bundan sui-istifadə edərək 2023-cü ildə saxta sənəd alıb, obyektimi qardaşı Mehralıyev Elxan Alış oğlunun adına rəsmiləşdirmişdir. İndi nə obyektin pulunu, nə də aylıq hər otağa düşən 80 manat icarə pulunu vermir.
Qeyd edim ki, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehralıyev barəsində 2021-ci ildə Cəbrayıl Rayon Prokurorluğunda CM-nin 311.2 maddəsi ilə (rüşvət alma) cinayət işi açılıb. Hazırda iş Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin icratındadır. Belə bir məmur indi də mənə məxsus obyekti mənimsəməklə məşğuldur”.
Məsələ ilə bağlı yazıda adıçəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 



шаблоны для dle 11.2

Xəbər lenti
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
18 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024