Azərbaycanda daha bir vəzifəli şəxs rüşvət almaqda təqsirli bilinir.

Unikal.org-un əldə etdiyi məlumata görə, Cəbrayıl rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sənan Mehrəliyevin barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddəsi ilə cinayət işi açılıb.

Baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilən iş hakim Xamməd Nuriyevin icraatına verilib.

Hazırlıq iclası may ayının 31-i saat 12:30-a təyin edilib.