Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-12-2024, 21:18)
Öz adını cəmiyyətdə şərəflə daşımağı həmişə bacarır

 

Əslində onun portret yazısına ZAMANIN istənilən rakursundan başlamaq olar – DÜNƏNdən də, BU GÜNdən, SABAHdan da...
DÜNƏNdən başlamaq olar, çünki o, dünən də çalışdığı sahədə qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyib,tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib.
BU GÜNdən başlamaq olar, çünki o, bu gün öz təcrübəsi, bilik və bacarığı, peşəkarlığı ilə Azərbaycan dövlətçiliyinə layiqli xidmətin nümunəsini yaradır, ona çalışdığı sahədə göstərilən etimadı ləyaqətli şəkildə doğruldur.
SABAHdan başlamaq olar, çünki o, dünən qazandığı, bu gün davam etdirdiyi uğurları ilə gələcəkdə də yeni nailiyyətlərə imza atacağının müjdəsini verir. Hazırda çalışdığı Nərimanov rayon Mənzi-Kommunal Təsərrüfatı Birliyinin rəisi kimi təmiz adını və reputasiyasını qoruduğu kimi, sabah da, biri gün də, bir sözlə, hər zaman bu adı qoruyacağına dair insanda sarsılmaz inam aşılayır.Manaf Manafovun ən mühüm özəlliklərindən biri hansı vəzifədə çalışmasından asılı olmayaraq öz işinin öhdəsindən peşəkarcasına və vicdanla gəlməsidir. Onun üçün vəzifənin kiçiyi-böyüyü yoxdur. Onun üçün başlıcası, önəmlisi ona tapşırılan, üzərinə düşən işi məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirməkdir. Yorulmadan qurmaq, yaratmaqdır. İşgüzarlıq, çalışqanlıqdır. Hansı qurumda işləyirsə işləsin müsbət izlər buraxmaq, həmin qurumu irəli aparmaqdır.Bu bacarıq yalnız Xalqına məhəbbəti, Dövlətinə sədaqəti özünün həyat prinsipi seçənlərə xasdır.Eynilə Manaf Manafov kimi!
Çox təssüflər olsun ki,onun gördüyü müsbət işləri gözü götürməyən, Manaf Manafovun uğurlarını həzm edə bilməyən qeyri-konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar.Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir.
Öz işinin mükəmməl bilicisi olan Manaf Manafov daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görməyə çalışır.Böyük bir kollektivin rəhbəri olaraq yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü MKTB-nin rəhbərinə çatdırıb deyə bilir.O hər zaman xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə onu tanıyan insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı işlədiyi insanlar arasında ona böyük nüfuz qazandırmışdır.Manaf müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır.O özünü bir üzdə, bir sifətdə tanıda bilib, olduğu kimi görünüb, göründüyü kimi qalıb.Manaf müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir kəs zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf və təmənnasız ziyalıdır. Həyatda özünü güclü, kamil bir şəxsiyyət kimi təsdiq etmiş, doğma Azərbaycanımıza ləyaqətlə xidmət göstərən yetkin bir kadr kimi tanıdıb, kiməsə köməklik göstərə biləndə özünü dünyanın ən xoşbəxt isanı hesab etmişdir.
 Həyat Manaf müəllimi çoxdan sınayıb, o isə həmin sınaqlardan mərdi-mərdanə keçmişdir. İnanırıq ki, Allahın ona bəxş etdiyi qeyrətli ömrün davamını da şərəflə yaşayacaqdır.

 
           Əfqan Bəhluloğlu
Mediatv.az xəbər portalının rəhbəriшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
21 01 2026
20 01 2026