Region (6-12-2023, 14:23)
Meşələrimiz ən qiymətli milli sərvətimizdir
Yer üzərində insan həyatı üçün ən mühüm ünsürlər olan oksigen, su kimi əsas maddələrin tarazlığı meşələr tərəfindən təmin edilir. Meşələr havadakı karbon qazını və zəhərli maddələri udur, nəfəs aldığımız havanı oksigenlə zənginləşdirir, tozdan təmizləyir. Ağaclar bir növ süzgəc, filtr rolu oynayır. Meşələr həm də torpaqda su balansını nizama salır, kəskin iqlim dəyişikliyinin, sellərin və torpaq sürüşməsinin qarşısını alır, güclü küləklərin təsirini zəiflədir, sovrulan qum kütlələrinin hərəkətini saxlayır. Bundan başqa, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Deyilənə görə, 1 hektar meşə 200 insanı xilas edə bilir.Bir sözlə, meşələr, o cümlədən Cəlilabad,Yardımlı və Masallı meşələri gözəlliklər məskənidir.
Bu il Cəlilabad və Masallıda kifayət qədər meşə zolaqları salınıb. 11Saylı Regional Meşə Təsərrüfatı Mərkəzi lazimi qədər tinglik təsərrüfatı yaradıb.Meşələr əvəzsiz təbii sərvətimizdir. Regionda meşələrin qorunması, yaşıllığın artması istiqamətində müxtəlif tədbirlər, o cümlədən 07.11.2023-cü il tarixdə Masallı rayonunda Zəfər Günü ilə bağlı və 2.12.2023-cü il tarixdə isə Ümummilli Lider Heydər Əliyevin100 illiyi ilə əlaqədar olaraq Cəlilabad rayonunda ağac əkmə aksiyası təşkil edilmişdir. Eyni zamanda , meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam etdirilir.
Payız əkin planına uyğun olaraq meşə sahələrində bölgənin torpaq-iqlim şəraitinə uyğun tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkilir , toxumlar səpilir və lazimi işlər davam etdirilir.Hazırda aparılan torpaq hazırlığı işləri ilə yanaşı Regional Meşə Təsərrüfatı Mərkəzinin tinglik sahələrində aqrotexniki qaydalara uyğun olaraq xidmət, suvarma işləri aparılır, tinglərə üzvi və mineral gübrələr verilir.Görülən bu işlərin geniş füsət alması Nəsimi Nəsibovun rəhbərliyi və təşkilatçılığı ilə aparılır.Nəsimi müəllim meşə təsərrüfatı sahəsində qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyir.11 saylı Regional Meşə təsərrüfatı Mərkəzinin mühafizə üzrə direktor müavini Rahib Ağayev vəzifəsinin öhdəsindən layiqincə gəlir.O meşələrin qorunması ilə əlaqədar meşə gözətçiləri ilə mütəmadi iş aparır.Təcrübəli mütəxəssis,öz işinin mükəmməl bilicisi olan Rahib Ağayev daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görməyə çalışır.Regionda xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir.
11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə rəhbərlik etməyə başlayandan bəri Nəsimi Nəsibov mərkəzin mütəxəsisləri ilə birgə idarəetmədə inzibati amirlik və qəyyumluq hallarının aradan qaldırılmasına nail olmuş, yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır.Meşəətrafı kənd sakinləri ilə sıx əlaqəsi, xoş rəftarı sadə insanlar arasında ona böyük nüfuz qazandırmışdır.Nəsimi müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır.
Nəsimi müəllim özünü bir üzdə, bir sifətdə tanıda bilib, olduğu kimi görünüb, göründüyü kimi qalıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024