Sosial / Redaktor seçimi (18-11-2024, 20:15)
"Azəriqaz"ın sayğac yerdəyişməsi abonentlərə niyə problem yaradır? - VİDEO
Son vaxtlar əhalinin daha çox şikayət etdiyi kommunal xidmətlər sahəsinə aid olan qurumlar arasında “Azəriqaz” İB-in adı tez-tez hallanır.Mövsümlə əlaqədar olaraq qaz sərfiyyatı, daha doğrusu, limitlə bağlı narazılıqlar səngiməyib.Hal-hazırda qurumun abonentlərə yaratdığı texniki problemlərlə əlaqədar şikayətlər ara vermir.
Mediatv.az saytına növbəti belə şikayət Bakı şəhər Suraxanı rayon Bül-bülə qəsəbəsi Səbuhi Orucov küçəsi 41 saylı binada yaşayan sakinlər tərəfindən daxil olub.
Abonentin bu dəfəki müraciəti qurumun sayğacların yerinin dəyişməsi ilə əlaqədardır. Oxucularımız deyə bilərlər ki, burda nə qəbahət var,sayğacların yerinin dəyişməsi tamamilə normal prosesdir və ilk növbədə müştərilərin işlərinə heç bir problem yaratmır.. Təbii ki, biz də bununla razıyıq. Əmma…
Əmması budur ki, sözügedən şikayətçilərin də bildirdiyi kimi, “Azəriqaz” İB-in apardığı bu kampaniya əslində abunəçilərdən evlərinə tamamilə eybəcər bir hala salır.Əvvəllər mənzillərin içərisində quraşdırılmış sayğaclar indi isə mənzillərin dəhlizində köçrülür.Binanın sakinləri buna etiraz edərək bildirirlər ki,mənzillərin əksər otaqlarını dolaşan yeni qaz xətti,mənzillərin görünüşünü korlamaqla bərabər, xırdaca qaz sızması bütün bina üçün təhlükə yarada bilər.Belə qaz xəttinin çəkilməsini görəsən hansı təşkilat lahiyələndirib?Sakinlərin dediyinə görə belə qaz xəttlərinin çəkilməsi çox "qaranlıq məqamlar"dan xəbər verir. Belə hallar vətəndaşlarda haqlı olaraq adıçəkilən dövlət qurumuna qarşı neqativ fikirlər formalaşdırır.Binanın sakinləri belə qaz xəttinin çəkilməsinin dayandırılmasını,mənzillərin görünüşünə zərər gətirmədən standartlara uygün çəkilməsini aidiyyatı qurumlardan xahiş edirlər.
Mövzu diqqətimizdədir..
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024
2 12 2024