Sosial (12-11-2024, 12:03)
Niyazi Bayramovun Aqibət Məmmədovla 25 milyonluq işbirliyinin nəticəsi Gəncədə özünü göstərdi-FOTOFAKT
Dünən elektron mediada Gəncədə, şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində avtomobil yollunun çökməsi barədə məlumat yayılmışdı.
Sözügedən videoda yolun bir hissəsinin tamamilə çökdüyü görünür. Sakinlərin verdiyi məlumata görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.Bu məlumat ətrafında araşdırma aparmaq qərarına gəldik.
Məlum olduğu kimi Gəncə şəhərində təmir-bərpa, abadlıq-quruculuq işlərinin, yeni infrastruktur layihələrinin həyata keçirilməsinə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Bu vəsaitlərin böyük əksəriyyəti Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən satınalmalar yolu ilə layihələrinin həyata keçirilməsinə xərclənir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Gəncə şəhər İcra Hakimiyyəti və tabeliyində olan Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2018-2023-cü illərdə təkcə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə küçə və prospektlərdə abadlıq işlərinin, yolların əsaslı təmiri işlərinin, abadlıq-quruculuq işlərinin satın alınması üzrə ümumi dəyəri 45 054 591 manat olan 9 satınalma müqaviləsi bağlayıb.
Bəs dövlətin ayırdığı bu qədər vəsaitin qarşısında Gəncə şəhərində avtomobil yollarının hələ də barbad olmasına nə ad vermək olar?
İndi gəlin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Gəncə şəhərində yalnız yolların əsaslı təmiri işlərinin satınalınması üzrə bağladığı müqavilələrə diqqət yetirək.
Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.970.850,36 manat məbləğinə satınalma müqaviləsi 04.05.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.
Gəncə şəhərində abadlıq işlərinin satınalınmsı 3.174.710,26 manat məbləğinə satınalma müqaviləsi 10.07.2020-ci ildə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.
Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.971.349,16 manat məbləğinə satınalma müqaviləsi 27.05.2021-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.
Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 3.972.180,49 manat məbləğinə satınalma müqaviləsi 24.09.2022-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.
Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə 9.915.755,65 manat məbləğinə satınalma müqaviləsi 24.08.2023-ci ildə “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə bağlanılıb.
Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması üzrə keçirilən açıq tender 05.11.2024 -cü ildə yekunlaşıb və “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” Məhdud Məsuliyyətli Cəmiyyət ilə 9.847.742,45 manat məbləğinə satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.