Sosial (29-08-2024, 08:32)
Vasif Talıbovun YARIMÇIQ İŞLƏRİ... - Daha birinə ƏL QOYULUR...
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bəzi kəndlərində yarımçıq qalmış su təchizatı sistemlərinin yenidən qurulmasına başlanılır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, muxtar respublikanın Dövlət Su Ehtiyatları Agentliyi bu istiqamətdə hazırlıqlara başlayıb.
Rayonun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi işləri aparılacaq.
Eləcə də Qarabağlar, Xok, Yurdcu və Qabıllı kəndlərində icra olunmuş və yarımçıq qalmış su təchizatı sistemlərinin texniki-iqtisadi əsaslandırılması işləri həyata keçiriləcək və layihə-smeta sənədləri hazırlanacaq.
Qeyd edək ki, sözügedən kəndlərdə su təchizatı sistemlərinin tikintisi layihəsinin icrasına 2020-ci ildə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbov həmin vaxt layihə ilə tanış olub. Layihəyə əsasən 244,5 kilometr su və 87,1 kilometr kanalizasiya şəbəkələrinin tikiləcəyi, 5845 su və 1962 kanalizasiya birləşməsinin aparılacağı bildirilib. V.Talıbov həmin vaxt layihə üzrə işlərin 2021-ci ildə başa çatdırılması barədə tapşırıqlar verib. Amma işlərin yekunlaşması açıqlanmayan səbəblərdən yarımçıq qalıb.
Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024