Sosial (25-08-2024, 16:20)
SOCAR-ı qaralayan NANKORLAR... - NƏ TEZ UNUTDULAR?
Son günlər Ukrayna mediasında Azərbaycana qarşı qərəzli kampaniya həyata keçirilir.
Onlar “Qazprom”la strateji saziş bağladığına görə SOCAR-ı boykot etməyə çağırır.
Sözsüz ki, bu kampaniyada Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərinin təsiri az deyil. Putinin səfəri zamanı SOCAR və “Qazprom” arasında planlı strateji tərəfdaşlıq razılaşmasının əldə olunması Ukrayna mediası və sosial şəbəkələrində Azərbaycana və SOCAR-a qarşı çirkin kampaniyanın başlanmasına gətirib çıxarıb.
Qərbin ələbaxan ekspertləri qərəzli formada ölkəmizə qarşı fikirlər səsləndirib, hədyanlar yağdırıblar.
Lakin nədənsə Azərbaycanın Ukraynaya hər ay göndərdiyi milyonlarla dollar humanitar yardımını heç kim xatırlamaq istəmir.
Azərbaycan Ukraynada müharibə başlayandan bəri bu ölkəyə dəstək nümayiş etdirib. Onun ərazi bütövlüyünü ən müxtəlif tribunalarda dəstəkləyib. Bundan əlavə, Ukraynanın müharibədən əziyyət çəkən bölgələrinə hərtərəfli yardımlar göstərib. Yəni, indiyədək heç vaxt Ukraynaya zərbə olacaq heç bir işə əl qoymayıb. Ukraynalı ekspertlər və erməni təsiri altında olan media, müxtəlif ranqlı mütəxəssislər isə Azərbaycanın Ukraynaya göstərdiyi yardımlar, nə də SOCAR-ın humanitar fəaliyyəti haqda bircə kəlmə də danışmayıblar.
Halbuki Rusiya -Ukrayna müharibəsi başlayandan bu günədək SOCAR "Energy Ukraine” bu ölkədə Təcili tibbi yardım, Fövqəladə Hallar Dövlət Xidmətinin avtomobillərini 200 min litrdən çox pulsuz yanacaqla təmin edib.
Yaşayış binaları raket zərbələrinə tuş gələndə birinci SOCAR qaçıb köməyə. İnsanları qida, su və zəruri dərman preparatları ilə təmin edib.
Hələ Azərbaycan Dövlətinin Ukraynaya böyük ölçülü maliyyə yardımlarından danışmırıq.
Müharibə başlayan gündən indiyədək 200-ə yaxın azərbaycanlı Ukraynanın azadlığı uğrunda döyüşlərdə həlak olub, 100-ə yaxın şəxs yaralanıb, 70-ə yaxını isə itkin düşüb.
Üstəlik hamı bilir ki, Ukrayna müharibə dövründə belə Rusiya qazını öz ərazisindən Avropaya ötürməyə davam edib və Rusiya "Qazprom" ilə imzalanmış müqavilə əsasında 40- miyard kubmetr rus qazını Avropaya ötürüb. İndi hansı haqla SOCAR-ı "Qazprom"la əməkdaşlığa görə ittihham edirlər?
Mövzunu "Sherg.az"a şərh edən siyasi şərhçi, millət vəkili Sahib Alıyev isə deyib ki, nə Ukrayna dövləti, nə də siyasətçiləri, ekspertləri və mediası Azərbaycan torpaqlarının işğalıyla bağlı bizim onların eyni probleminə yanaşmada sərgilədiyimiz qədər prinsipial mövqe ortaya qoyublar. Ukraynadakı prosesləri davamlı izlədiyini xatırladan S.Alıyev qeyd edib ki, GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın üzv olduğu regional təşkilat-red) Bakıda keçirilən zirvəsində bir jurnalist olaraq nə illah edibsə, Ukraynanın o zamankı xarici işlər naziri Yatsenyuk Ermənistanın Azərbaycan torpaqlarının işğalıyla bağlı heç nə demək istəməyib:
"Halbuki, yatsenyuklar və onların bağlı olduğu çevrələr vaxtında Ermənistanı işağlçı adlandırıb ondan BMT qətnamələrini yerinə yetirməsini tələb etsəydilər, Ukrayna 2014-cü ildən üzü bəri başına gətirilənlərlə üzləşməzdi. Mən yenə tam məsuliyyətlə bildirirəm ki, indinin özündə, yəni işğal faktına son qoyduqdan sonra belə Azərbaycan Ukraynanın torpaq bütünlüyünü daha qətiyyətlə dəstəkləyir, nəinki qarşı tərəf bizimkini. Əgər Ukraynada düşünürlərsə ki, onların ayrı-ayrı siyasətçilərinin, mediasının və ekspertlərinin böyük bir qisminin hazırda bizim regionda gedən proseslərə yanaşmalarının qərbdəki bəlli çevrələrinkindən heç də çox fərqlənmədiyindən, Ermənistanı necə dəstəklədiklərindən biz xəbərsizik, onda yanılırlar, həm də çox.
Hazırda mediaya sızdırılanlar Ukraynadakı bəzi çevrələrin Azərbaycana yanaşmada yeritdiyi məntiqdən kənar siyasətin sadəcə kiçik bir hissəsidir. Biz dövlət olaraq ilk növbədə özümüzə hörmət etdiyimizdən və həmişə dost gözündə gördüyümüz ukraynalıların hazırda necə çətin durumda olduğunu bildiyimizdən çox şeyi açıb-ağartmırıq. Qərbdə iqtisadi potensialları bizimkindən qat-qat üstün dövlətlərdən ora heç də az humanitar yardım göstərmədiyimiz halda bəzi rəsimilərin ilk növbədə özlərinə hörmət gətirməyən “daha da atrıq olmalıdır” kimi şərhlərini görməzdən gəlirik.
Bir mərkəzdən idarə olunan bu dairələr anlamalıdırlar ki, Azərbaycanın xarici siyasəti dövlətin maraqlarına söykənir, özünün siyasətini müstəqil şəkildə qurur. Bunun nəticəsi də göz qabağındadır. Ukraynadan fərqli olaraq çoxvektorlu siyasət aparır və bütün qonşularla müttəfiqlik münasibətləri qurmağa çalışır".
S. Alıyev bildirib ki, dost sandığımız ölkədə Azərbaycanın özlərinə yanaşmada yeritdiyi siyasətin adekvat qiymətləndirilməməsi təzə hal deyil. Rusiya Prezidentinin Azərbaycana səfəri , SOCAR-la “Qazprom” arasında planlı strateji tərəfdaşlıq haqda razılaşmayla bağlı çirkab kampaniyası bunun daha ağılsızcasına və abırsızcasına davamıdır:
"Görünür, Ukraynada bir çoxları hələ də dərk etmir ki, müstəqil siyasət heç də plasdarm rolunda Rusiya əleyhinə çıxış etmək demək deyil. Müstəqil siyasət içi Rusiya qarışıq hər hansı bir gücün diqtəsi ilə yox, öz milli maraqlarına dayanaraq yeridilən siyasətdir ki, bu da, indiki dönəmdə nə qədər çətin olsa da, balanslaşdırılmasız mümkünsüzdür. Bir də Rusiya qazının Azərbaycan üzərindən Avropaya çatdırılması planıyla bağlı narazlıq edənlər yaxşı olar ki, rəsmi Kiyevin, eyni zamanda da qərbdəki havadarlarının da fikirlərini öyrənsinlər. Bu, Bakıyla Moskvanın yox, məhz onların təşəbbüsüdür ki, gələn ildən Rusiya qazı fərqli marşrutla, yəni bizim ölkədən keçməklə Ukraynaya, oradan da Avropaya çatdırılsın. Yeri gəlmişkən, Azərbaycanın bundan qazancı qərbdəkilərin birbaşa alışına qadağa qoyduqları Rusiya brilyantının Avropaya Ermənistan üzərindən ötürülməsindən əldə ediləndən bir neçə dəfə az olasıdır, o da əgər alınsa".
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrini boykot çağırışına gəldikdə isə millət vəkili qeyd edib ki, öz milli maraqlarıyla qərbdəkilərinkinin arasındakı sərhəddi görməyi bacaran ukraynalılar yəqin bizim həmən şirkətin müstəqilliklərinin ilk illərində aqrar sektorlarının üzləşdiyi böhranı aradan qaldırmaq üçün ora necə mazut göndərdiyini unutmayıblar:
"Həm də özümüzün də o mazuta böyük ehtiyacımız olduğu halda. Azərbaycan bunu niyə edirdi? Çünki Ukraynanın müstəqillik potensialının artması, onun beynəlxalq subyektə çevrilməsi bizim də milli maraqlarımıza cavab verirdi və bu gün də verir. Amma subyektlik təkcə Rusiyaya yox, üzərində hegemonluğa, yaxud da dominantlığa can atan bütün güclərə boyun əyməməkdir. Bu unudulmamalıdır!
Və SOCAR-ı boykota çağıranlar yaxşı olar ki, 2022-ci ildən üzü bəri o şirkətin Ukrayna bazarında əldə etdiyi gəliri, eyni zamanda da həmən ölkəyə göstərdiyi açıqlanan və açıqlanmayan yardımın həcmini dəqiqləşdirsinlər. Onda çox şey aydın olacaq. O sıradan o da aydın olacaq ki, Azərbaycanın bu şirkətinin Ukraynaya göstərdiyi yardım orada yaşayanlar, bütövlükdə diasporları və Ermənistan qarışıq sevimli haylarınınkından neçə dəfə çoxdur".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024