Sosial (13-08-2024, 13:40)
İcra hakimiyyətindən Şəki sakinlərinə qəribə qadağa - TURİSTƏ GÖRƏ...
Şəki şəhərinin Dodu məhəlləsinin sakinlərinə icra hakimiyyəti qadağa qoyub.
Bu barədə məhəllə sakinləri məlumat verib.
Doduluların dediyinə görə, icra hakimiyyətinin Elxan adlı əməkdaşı ərazidə sakinlərə mal-qara saxlamağa icazə verilmədiyini deyib.
Buna səbəb kimi isə Şəkiyə gələn turistlərin rahatlığı əsas gətirilib.
Sakinlərin iddiasına görə, Elxan adlı əməkdaş dodululara əgər mal-qara saxlayan olarsa, heyvanların qurum tərəfindən götürüləcəyini deyib.
Gündəlik dolanışığını heyvandarlıqla təmin edən dodulular isə vəziyyətdən gileylənir. Qeyd olunur ki, bu da bəzi hallarda onların iş üçün Bakıya üz tutmasına səbəb olur.
Səsləndirilən iddialarla bağlı Şəki Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sualımızı cavablandıran olmadı.
İcra hakimiyyətinin saytında qeyd olunan nömrələrdən yeddisinə zəng etdik.
İlk yığıdımız nömrə telefon xidməti borcuna görə bağlandığından daha 6 nömrə ilə də əlaqə saxladıq.
Aparatın Aqil adlı əməkdaşı səsləndirilən iddialarla bağlı ətraflı araşdırılmaya ehiyac olduğunu deyərək bizi İctimai-siyasi və humanitar məsələlər şöbəsinə yönləndirdi. Təəssüf ki, bu şöbədən də zənglərimizə cavab verən olmadı.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ökə.Az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024