Sosial (31-07-2024, 11:13)
"DOBRO TAS COFFEE" işçilərin maaşına göz dikib? - GİLEY
Bakıda hər il "kofe shop" lar artmaqdadır. Tutuzduran, tutuzdura bilməyən kofe köşkləri, kafelər hər küçədə görmək olar. Onlardan biri də Atatürk prospektində yerləşən "DOBRO TAS COFFEE" kafesidir.
Günün əksər saatları boş və müştərisiz keçən sözügedən kafe deyəsən xərcləri qarşılamağın alternativ yolunu tapıb: İşçiləri istismar edib maaşını verməməklə...
Redaksiyamıza şikayət edən sözügedən kafenin köhnə işçisi Kazımova Xanım rəhbərliyin özbaşınalığından şikayətçidir. O, maaşını Firuz adlanan rəhbərlikdən ala bilmir
Xanım Kazımova rəhbərliyin verdiyi vaxtdan da 1 ay artıq gözlədikdən sonra bu barədə sosial şəbəkədə şikayət edib. Nüfuzunun zərər gəlməsindən ürkən Firuz onu iş yerinə dəvət edərək unikal təklif edib: "Burda qalmış maaşını almaq istəyirsənsə şikayətini pozmalı və üzr videosu çəkib paylaşmalısan. Əks halda get kimə şikayət edirsən et!"
Bu rəhbərlik kimə güvənir bilmirik amma bildiyimiz odur ki, işçinin polisə şikayət edib məsələni hüquqi yolla həll edəcəyini dedikdən sonra da onu ciddiyə almayıb. Bilmirəm artıq işçini ciddiyə almayıb yoxsa polisi...
Əziyyət çəkib alın təri ilə qazanmalı olduğu maaşı üzr videosu ilə almaq məcburiyyəti qarşısında qoyur işçini. Bu necə qudurğanlıqdır?!
Aldığımız məlumata görə Firuz adlı şəxsin bu kafedə ilk işçi istismarı deyil. Bundan öncə də başqa işçinin bir neçə aylıq maaşını işçinin şikayət edib onu biabır edəcəyini bildirdikdən sonra 1 günün içində ödənişini edib. Başqa bir işçinin də qış aylarında işlədib maaşını ödəməyib. İşçi çox yerə müraciət etsə də hələ də maaşını ala bilmir.
Belə çıxır ki, Firuz adlanan rəhbərlik sözün həqiqi mənasında işçiləri bir neçə ay işlədib haqqını vermədən yola salır.
Bu hələ son deyil. Kafedə antisanitariya baş alıb gedir. Tarakan həşəratının kafedə yerdə hətta müştərilərin oturduğu masaların üstündə, qıdaların üstündə gəzməsi kafedə adi hal alıb. Müştərilər tarakanlı masalarda oturub kofe içirlər.
Maraqlıdır, Əmək Müfəttişliyi və Qida Təhlükəsizlik Nazirliyinin xəbəri var bu kafedə baş verənlərdən?
Bu özbaşınalığa və iyrəncliyə son qoyulması üçün daha neçə işçi istismar edilməli, bu antisanitariya şəraitindən kim zəhərlənməlidir tədbir görülməsi üçün?
azerbaycanrealligi.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024