Sosial (1-05-2024, 21:13)
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında
İş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" MMC-nin vergi borcu yaranıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, şirkətin hazırda 20 842,09 manat vergi borcu var.
Abdulla Abdullayev hansısa səbəblərdən borcu ödəmir. Bu baxımdan, ona məxsus şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən məhkəməyə verilib. Birinci instansiya məhkəməsi idarənin iddiasını təmin edib. Qarşı tərəf qərardan apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Mirzə Tağızadənin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
"A.M.A.Y Holding" MMC 2005-ci ildə qeydiyyata alınsa da, 90-cı illərin sonlarından fəaliyyət göstərir. Şirkət əvvəllər sadəcə "A.M.A.Y" MMC adlanıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Novruzov Elşən Firudin oğludur.
"A.M.A.Y Holding"in Abdulla Abdullayevə məxsus olması yeni xəbər deyil. Hətta bir vaxtlar "A.M.A.Y"ın sahibi olduğuna görə media onu "AMAY Abdulla" kimi təqdim edirdi.
Elşən Novruzov isə Abdulla Abdullayevin yaxın adamıdır.
Abdulla Abdullayev bir vaxtlar Azərbaycanın istər biznes, istərsə də, ictimai-siyasi mühitində populyar şəxs idi. Biznes sektorunda o, "A.M.A.Y"a, həmçinin "Birlikbank"a və digər biznes qurumlarına görə tanınırdı.
Abdulla Abdullayevin bir fiqur kimi qürub çağı 2015-ci ildən başlayıb. Həmin il o, həbs edilib.
Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu "A.M.A.Y" MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.
Məhkəmənin hökmü ilə Abdulla Abdullayev 13 il azadlıqdan məhrum edilib. Lakin 2016-cı ildə azadlığa çıxıb. Bundan sonra, Abdulla Abdullayev kölgəyə çəkilib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024