Dövlətimiz Qaziləri və Şəhid ailələrini daima diqqət mərkəzində saxlayır. Onların rahat gediş-gəlişinin təmin olunmasnda 134 saylı marşrutun xüsusi yeri var. Bunu bir qrup sakinlərin redaksiyaya ünvanladığı müraciəti təsdiq edir. Qüsursuz və əla xidmət şəraitində təşkil olunan işin öhdəsindən gələn 134 saylı marşrut Qazi və Şəhid ailələrinin təmsilçilərinə xidmət göstərir.
Onların sözlərinə görə 134 saylı marşrut nəqliyyatın davamlı olaraq keyfiyyətli hərəkətinin öhdəsindən layiqincə gəlməkdədir. Görünür belə xidmət bəzilərinin xoşuna gəlmir. Elə redaksiyaya daxil olmuş Fatmai bağları, Rabitəçi sağlamlıq düşərgəsinin sakinləri tərəfindən daxil olan ərizədə bildirilir ki, yaradılmış bu nizamlı və qüsursuz işə kölgə salmaq üçün Yerüstü Nəqliyyat Agentliyi gizlin formada müsabiqə elan edib. Sözü gedən ərazidə xidmət göstərən 134 saylı marşrutun fəaliyyətinin dayandırılmasına qərar veriblər. Sakinlərin sözlərinə görə, 134 saylı marşrutdan Şəhid və Qazi ailələri uzun illərdir ki, müntəzəm olaraq istifadə edirlər.
Qeyd olunur ki, 592 saylı marşrutun sürücüləri 134 saylı marşurutun sürücülərinə deyiblər ki, onsuz da sizə 11 mart tarixinə qədər Yerüstü Nəqliyyat Agentliyi vaxt qoyub. Həmin vaxtdan etibarən siz xəttə çıxa bilməyəcəksiniz. Bu xəbəri eşidən sərnişinlər redaksiyaya müraciət edərək 134 saylı mqrşrutun dəqiq və qüsursuz xidmət göstərdiyi halda niyə dayandırılacağından böyük narahatlıq hissi keçirib aidiyyatı qurumlara müraciət ünvanlayıblar. Araşdırmaya görə 592 saylı marşurut bu sahədə sahibkarlara qarşı ədalətsiz yürüşə keçib. Bildirilir ki, “Faiqoğlu” şirkəti Binəqədidə digər marşurutlara qarşı səlib yürüşünə başlayıb. Guya, Yerüstü Nəqliyyat Agentliyinin rəhbəri ilə yaxınlığı var deyərək, nə bilir onu da edir.
Sakinlər “Faiqoğlu” şirkətinin bu qanunsuz əməllərinin təcili dayandırılmasına inanır. “Bu ölkənin Müzəffər Komandanı İlham Əliyev var, biz onun dəmir Yumruğuna arxalanırıq” –deyə bildirirlər. 134 saylı marşrutun bağlanmasına etiraz edən sakinlər, bu işlərin tezliklə dayanacağına ümid edirlər.
Azia.az olaraq hadisələri diqqətdə saxlayacağıq
Воспроизвести00:00
Выключить звук
На полный экран Воспроизвести