Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (21-09-2023, 10:33)
Təhsilin Sarası həm də ideya oğrusu imiş... - İLGİNC FAKT

 
Dünən Azərbaycanın görkəmli şərqşünas alimi, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyevanın anım günü idi. 1992-ci il sentyabrın 19-da vaxtsız vəfat etmiş professor Aida İmanquliyevanın işıqlı xatirəsi hər il olduğu kimi bu il də ailə üzvləri, elmi ictimaiyyət tərəfindən yad edildi. Yəqin ki, görkəmli alimin vaxtilə qızıl medalla bitirmiş olduğu Bakı şəhər 132 saylı orta məktəbin kollektivində də bu günü unutmadılar…
Xatırladaq ki, paytaxtın Səbail rayonundakı 132 və 134 saylı məktəblər 2010-cu ildə sökülərək yenidən inşa olunublar. Məhz bundan sonra Təhsil Nazirliyi bu iki orta təhsil müəssisəsini birləşdirərək 132-134 saylı Təhsil Kompleksinin yaradılması barədə qərar qəbul etdi. Əslində böyük əksəriyyət yeni yaradılmış kompleksə məhz 132 saylı məktəbin direktoru Aliyə xanım Təhmasibin rəhbərlik edəcəyini gözləyirdilər. Hətta 132 saylı məktəbin açılışında şəxsən iştirak etmiş ölkə prezidenti cənab İlham Əliyev də həmin tədbirdə Aliyə Təhmasibin əməyini xüsusi vurğulamış və ona fəxri ad verilməsi haqqında fərman imzalamışdı. Lakin bu önəmli hadisədən bir gün sonra Aliyə xanım işdən çıxarılaraq, yerinə əvvəllər Səbail rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində və Təhsil Nazirliyinin Monitorinq və Qiymətləndirmə İdarəsində çalışmış Sara Xanlarova təyin olundu. Məhz bundan narazı qalan bir çox valideynlər Aliyə Təhmasibin öz vəzifəsinə bərpasını tələb edirdilər. Lakin o vaxt da TN-nin yarıtmaz kadr siyasəti həm şagirdlərin, həm valideynlərin, həm də ümumilikdə təhsil sisteminin mənafeylərini üstələdi. Sara Xanlarova yeni təhsil kompleksinin direktoru vəzifəsində qaldı. Bu gün isə, 132-134 saylı təhsil kompleksində baş alıb gedən korrupsiya halları valideynlərin əsl baş ağrısına çevrilib.
Budur, 2023/2024-cü tədris ili başladı. Artıq elə ilk gündən, ilk saatlardan məktəblərdən həyəcanlı siqnallar gəlməyə başlayıb. Bildirilir ki, Bakıdakı 132-134 saylı Təhsil Kompleksində elə ilk dərs günündən Valideyn Komitəsi hərəkətə keçərək, yaxın vaxtdan etibarən şagirdbaşına yığılacaq pullardan söz salıb və həmçinin, 5 Oktyabr – “Müəllim Günü”nə hazırlıq görülməsi tapşırılıb.
…İndi isə qayıdaq məqalənin giriş hissəsində qeyd etdiyimiz mövzuya. Rəhmətlik Aida xanım İmanquliyeva 134 saylı deyil, 132 saylı orta məktəbin məzunu olub. 134 saylı məktəbin direktoru olmuş Sara Xanlarova 132 saylı məktəbi necə deyərlər, “yoğurub-yapmadan, hazırca kökə kimi” tapıb. Bununla belə, 132 saylı məktəbdə formalaşmış gözəl ənənələri də öz adına çıxır. Bu ənənələrdən biri də Aida İmanquliyevanın xatirəsi ilə bağlı olanlardır. 2016-cı ildə təhsil kompleksində “Unudulmaz məzun Aida İmanquliyeva” adlı kitabın təqdimatı keçiriləndə müəlliflər “Respublika” qəzetinin müxbiri Gülşən Hüseynova və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri İbrahim Əsədov olsalar da, Sara Xanlarova elan etdi ki, kitabın ideyası ona məxsusdur. Həmçinin qeyd etdi ki, məktəb rəhbərliyi “Məşhur məzunlar” layihəsi üzrə hər il bir tanınmış məzunu barədə kitab hazırlamağı qərara alıb və ən məşhur məzun Aida İmanquliyeva olduğu üçün ilk kitab məhz ona həsr olunub.
Motiv aydındır – Aida İmanquliyevanın övladları Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, akademik Nərgiz xanım Paşayevanın xoşuna gəlmək! Maraqlıdır ki, həmin təqdimata qədər Sara Xanlarova heç vaxt belə bir layihəsinin olduğunun anonsunu verməyib. Yaxşı halda bu layihə onun ağlına kitabla birgə gəlmiş ola bilərdi. Amma dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmiş rəhmətlik Aliyə xanım Təhmasibin belə ideyası ola bilərdi. Çünki onun özü də motivasiyalı idi – 132 saylı məktəbin məzunu olmuşdu və silsilə kitabların biri də ona həsr olunacaqdı. Bəlkə də ideyasını tabeçiliyində olduğu rayon Təhsil Şöbəsinin müdiri Sara Xanlarova ilə bölüşmüşdü də…
Qarşı tərəfi də dinləməyə hazırıq.
DİA.AZ
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024