Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (15-02-2024, 17:02)
Polkovnik-leytenantın rəisinə hədiyyələri - Nərə, konyak...

polkovnik-leytenantin-reisine-hediyyeleri


Mediatv.az-ın  məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsində Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti araşdırır.

Məlikzadə də Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı mühakimə edilir. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılan ibtidai araşdırmanın əvvəlində onun haqda həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi. Sonradan isə dövlətə dəymiş ziyanı ödəmədiyinə görə həbs edilib.

İttihama görə, təqsirləndirilən şəxs TTM-in maliyyə işlərinə rəhbərlik etdiyi dövrdə 9 milyondan artıq pul mənimsəyib. 

Budəfəki baxış iclasında üç nəfər şahid ifadə verib. Onlardan biri 143 milyonluq mənimsəməyə görə mühakimə edilən şəxslərin hamısının işində adı keçən Həsən Paşayevdir. Paşayev Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin Nəzarət-Təftiş şöbəsinin əməkdaşı olub. Cinayət baş verən dövrdə həmin idarənin rəisi olan general Nizami Məmmədov da, Nəzərat-Təftiş şöbəsinin rəisi polkovnik Rafail Xələfov da xüsusilə külli miqdarda mənimsəmədə ittiham edilirlər. General Məmmədov həbsdədir. Xələfovun işi isə ibtidai araşdırma mərhələsindədir.

Şahid Paşayev deyir ki, işlədiyi dövrdə xüsusi tapşırıq adı ilə pullar yığılıb. Xüsusi tapşırıqların icrasını isə Rafail Xələfov ona tapşırıbmış. Müttəhimin Məlikzadə ilə görüşü də xüsusi tapşırıq üçün verdiyi pulu götürərkən olub: “Məlizadə mənə zəng elədi. Dedi nazirlikdən bir iş tapşırıblar, səninlə görüşməliyik. Mən də o deyən yerə getdim. 200 min manat pul verdi. Dedi ki, tapşırıq var ki, pulu sənə verim. Pulu gətirib nazirliyə təqdim etdim. Onu da deyim ki, xüsusi tapşırıqları təkcə mən icra etmirdim. Rövşən Əliyev vardı, əvvəl o məşğul olurdu. Əliyev rəhmətə gedəndən sonra rəis Xələfov xüsusi tapşırıq üçün pulların yığılmasını mənə tapşırmışdı”.

Növbəti şahid Emin İbrahimov təqsirləndirilən şəxsin yaxın dostudur. Şahid “Gənclik” metrostansiyasının ətrafında yerləşən geyim mağazalarından birinin sahibi olub.

Məlikzadə əvvəlki prosesdə demişdi ki, Rafail Xələfova dəfələrlə külli miqdarda pul verib. Bundan başqa ona “Land Rover” markalı avtomobil və bahalı paltarlar alıb.

İbrahimov da bu məsələ ilə bağlı məhkəməyə çağırılıb. Şahid ifadəsində müttəhim dostunun Xələfov haqda dediklərini təsdiqləyib. Onun dediyinə görə, Məlikzadə dəfələrlə Xələfovu mağazaya gətirib, ona kostyumlar alıb: “Rafail Xələfov çox vaxt özü mağazaya tək gəlirdi. Rəşad tapşırmışdı ki, nə istəsə, pulunu alma. Təxminən 20-25 min manatlıq paltar almışdı. Bütün pulu da Rəşad verirdi.

Satışdan əlavə, Rəşadla dost idik deyə Xələfovun başqa istəklərini də həll etmək üçün kömək eləmişəm. Pandemiya vaxtı idi, qapanmalara görə kafe-restoranlar işləmirdi. Rəşad dedi ki, rəisin ürəyi nərə balığı (osetrin) istəyir. Maraqlandım, işləyən bir kafe tapdım. Rafail, Rəşad və mən üçümüz birlikdə oturduq. Yadıma gəlir, həmin gün də Rəşad Rafailə pul vermişdi”.

Şahid istintaqda dediyi kimi danışdığı üçün tərəflərin sualları olmayıb.

Prosesin davamında Rafail Xələfovun sürücüsü işləmiş Ramin Quliyev ifadə vermək üçün şahid kürsüyə dəvət edilib. Quliyev iki cümlə ilə ifadəsini yekunlaşdırıb. Deyib ki, təqsirləndirilən şəxsi Xələfovun yanında görüb. Amma Məlikzadə Xələfova çatdırması üçün ona pul verməyib.

“Düz danış, elə axırıncı dəfə Biləcəridə bağlamanın içində sənə pul verdim. Bundan başqa, neçə dəfə Rafailə çatdırmaq üçün hədiyyə vermişəm”,-deyə müttəhim Məlikzadə şüşə qəfəs arxasından şahidə səslənib.

Şahid Məlikzadənin bir dəfə xaricdən gələndə Xələfova konyak və şokolad alıb gətirdiyini, çatdırması üçün şəxsən ona verdiyini deyib.

Bu iş üzrə növbəti proses 28 fevrala təyin edilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024