Sosial (12-02-2024, 12:05)
“Bako Saakyanın villasında qalan erməni ər-arvad Kərkicahandakı bulaqdan su aparırlar...” - AÇIQLAMA
“Xankəndinə son səfərimiz zamanı Kərkicahanda da olduq... Vaxt az olduğu üçün Yuxarı Kərkicahana gedə bilmədik... Aşağı Kərkicahanda iki köhnə kərkicahanlıyla rastlaşdıq - məni tanıdılar, çox şad oldular... Onlarla qəsəbənin hazırkı vəziyyəti ilə bağlı bir az söhbət etdik”.
Bunu Moderator.az-a açıqlamasında bu günlərdə 33 ildən sonra ilk dəfə Xankəndində olmuş şəhid Milli Qəhrəman Şirin Mirzəyevin xanımı, 122 saylı Xankəndi seçki dairəsindən sabiq deputat Flora xanım Qasımova söyləyib.
“Cavanlıqda həmişə deyərdim ki, məni Aşağı Kərkicahandan buraxsalar, gedib hər yeri taparam. İndi də həmin kərkicahanlıların yanında dayanıb bir-bir dedim ki, bu yol filan küçəyə tərəf gedir, o biri yol digərinə... Cavab verdilər ki, düz deyirsiz... Sevindim ki, 35 ildə doğma yurdumuzu unutmamışam”, - deyə şəhid Milli Qəhrəman xanımı diqqətə çatdırıb.
Sabiq deputat hazırda Bakıda həbsdə olan Qarabağda artıq ləğv olunmuş separatçı-terrorçu rejimin keçmiş qondarma “prezident”i Bako Saakyanın villasında məskunlaşmış ər-arvad iki erməni haqqında da yeni məlumat öyrənib.
“Kərkicahanda “Soyuq bulaq” deyilən məşhur bulaqdan su da içdik. Deyilənə görə, Soyuq bulaq saxsı borularla çəkildiyindən buz kimi olur... Oraya gedən kərkicahanlılar həmin bulağın üstünə Kərkicahan şəhidlərinin şəkillərini vurublar. Eşitdik ki, Bako Saakyanın villasında yaşayan iki erməni ər-arvad da gəlib Kərkicahandakı bulaqdan su aparırlar... Yəqin ki, Azərbaycanın müvafiq qurumları həmin erməniləri nəzarətdə saxlayır və onların Kərkicahandakı bulağa doğrudan da su gətirmək üçün, yoxsa başqa məqsədlə gəldiklərini bilirlər”, - deyə Flora Qasımova bildirib.
P.S. Qeyd edək ki, bu günlərdə Ermənistanın “Hraparak” nəşri doğrudan da Sarkis Qalstyan adlı erməninin və həyat yoldaşının əvvəllər yaxın münasibətdə olduqları Bako Saakyanın evində yaşadıqları haqda məlumat verib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024