Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (30-06-2022, 15:18)
Boş qalan deputat yerlərinə seçkilər keçiriləcək? - AÇIQLAMA

 "Hazırda Milli Məclisdə 7 deputat yeri boşdur. Ola bilər ki, həmin yerlərə seçkilər keçirilsin. Əgər seçkilər keçiriləcəksə, bununla bağlı qanun layihəsi olacaq".

Bunu deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, boş qalan deputat yerlərinə seçkilərin keçirilməsinə ehtiyac var.

"Ümumilikdə idarəetmə strukturunda dəyişiklik edilməlidir. Düşünürəm ki, deputatların sayı artırılmalıdır. Bu say 175 və ya 200 ola bilər. Bu artıq hesablamalardan asılıdır. Bundan başqa belə söhbətlər gedir ki, majoritar seçki sistemi ilə yanaşı proporsional seçki də əlavə edilsin. Bu müzakirələr cəmiyyətdə, müəyyən partiyalar arasında aparılır".

Qeyd edək ki, parlamentdə 4 deputat yeri (33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri) 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkilərinin nəticələrinə əsasən boş qalıb.

Həmçinin Milli Məclisin mərhum deputatı, Fəttah Heydərov 2 il öncə dünyasını dəyişib və bundan sonra 116 saylı Qəbələ seçki dairəsi də boş qalıb. Bundan başqa, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində polisi döyən deputat Eldəniz Səlimova 3 il 6 ay müdətinə hökm oxunub. Bununla da onun deputat səlahiyyətlərinə xitam verilib.

Şahin Seyidzadə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından imtina edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024