Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-02-2024, 08:53)
Yolları xətləməklə 22,5 milyon manat qazanıb - «Yol Xətt» MMC-nin tenderləri

Yolları xətləməklə 22,5 milyon manat qazanıb
Azərbaycanda dövlət tenderlərindən say etibarilə böyük hissəsini əldə edən daha bir şirkət aşkar edilib.

FED.az xəbər verir ki, bu – «Yol Xətt» MMC-dir (VÖEN: 1700233481).

Sözügedən şirkət 2020-ci ildən indiyə kimi iştirak etdiyi dövlət tenderlərində 22 milyon 525 min 7 manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 5 tenderlə əldə edib – bir tenderin orta qiyməti 4,5 milyon manatdır.

Qeyd edək ki, şirkətin gördüyü işlər üzrə əsas predmeti yolların xətlənməsi, yol nişanları, dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin alınması və quraşdırılması xidmətidir.

«Yol Xətt» MMC-nin əsas «müştərisi» Bakı Nəqliyyat Agentliyi olub. Şirkət 5 tenderdən 3-nü bu qurumdan udub. Udduğu tenderlərin dəyəri isə 16 milyon 13 min 592 manat təşkil edir. Bu isə ümumi tenderlərin 41 faizi deməkdir.

Ötən ilin sonundan isə şirkətin əsas sifarişçisi "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ olub – hələlik yalnız 2 tenderlə şirkət bu qurumdan 6,5 milyon manatlıq sifariş alıb.

Xatırladaq ki, «Yol xətt» MMC 2006-cı ildə yaradılıb, güman etmək olar ki, şirkət hələ yaradılanda, təsisçilər yolların xətlənməsi tenderlərini qazanacaqlarına əmin olublar. Ona görə şirkətin adı da gələcək fəaliyyətinə uyğunlaşdırılıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı Bakının Binəqədə rayonunda 11-ci Dağlıq 3105-ci məhəllə ünvanında yerləşir. Qanuni təmsilçisi isə Zaur Həsənov, Mail oğludur.

Şirkətin qalib gəldiyi tenderlər haqqında daha detallı məlumat aşağıda təqdim etdiyimiz cədvəldə:

Yolları xətləməklə 22,5 milyon manat qazanıb

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024