Sosial (10-01-2024, 16:44)
Elmlər doktoru şöbə müdirini məhkəməyə verdi, həbsini istəyir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri Xatirə Quliyeva xüsusi ittiham qaydasında məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, işə Nizami Rayon Məhkəməsində baxılacaq. Yanvarın 16-na iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçiriləcək.
Xatirə Quliyevanı məhkəməyə verənin kimliyi barədə açıq mənbələrdə məlumat yoxdur. Bəlli olan odur ki, həmin şəxs şöbə müdirinin Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunaraq cəzalandırılmasını istəyir. Bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Baş verənlərin detallarını öyrənmək üçün Qaynarinfo Xatirə Quliyeva ilə əlaqə saxlayıb. O, bildirib ki, həbsini tələb edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmlər doktoru, dosent Aydın Əlizadədir. "Bu adam dövlətə qarşı çıxır. Mən onu 5 ildən çoxdur işdən çıxarmışam. Çünki Aydın Əlizadə AMEA-da işləməyə layiq deyil. O, xalqı aşağılayır, dövlətin əleyhinə çıxır. Mən də onun iddialarını cavablandırmışam. Məni məhkəməyə verib. İnstititun direktoru İlham Məmmədzadə də onun qarşısını ala bilmir. Çəkinir ondan. AMEA-nın prezidenti İsa Həbibbəylinin məsələyə münasibəti "qadını niyə məhkəməyə verib?" şəklində olub", deyə Xatirə Quliyevə bildirib.
Onun sözlərinə görə, Aydın Əlizadənin məhkəməyə üz tutmasının əsas səbəblərindən biri professor ola bilməməsidir.
Qaynarinfo Aydın Əlizadə ilə də əlaqə saxlayıb. O, Xatirə Quliyevanın xüsusi ittiham qaydasında məhkəməyə verdiyini təsdiqləyib. "O mənə böhtan atıb, bu baxımdan məhkəməyə müraciət etmişəm", deyə elmlər doktoru vurğulayıb.
Aydın Əlizadə Xatirə Quliyevanın digər ittihamlarını da böhtan adlandırıb. "Hamısı böhtan və cəfəngiyyatdır. Mən necə dövlətə qarşı çıxa bilərəm? Əlavə heç nə demək istəmirəm. Çünki məhkəmə gedir. Məhkəmənin qərarını gözləyirəm. Bu barədə mediaya da məlumat veriləcək", deyə o bildirib
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024