Sosial (25-12-2023, 13:53)
İş adamı ilə Mahmudovun övladları arasında alqı-satqı qalmaqalı davam edir
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları Nərgiz və Anar Mahmudovlarla iş adamı Ağarəhim Rəhimov arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, birinci instansiya məhkəməsinin qərarı Ağarəhim Rəhimovu qane etmədiyi üçün apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində Vüsalə Baxışovanın sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq.
Ağarəhim Rəhimovla Mahmudovlar arasında birinci məhkəmə çəkişməsi Bakı Kommersiya Məhkəməsində olub. İş adamı keçmiş nazirin övladlarını alqı-satqı müqaviləsi üzrə mübahisələrdən dolayı məhkəməyə verib.
Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.
Keçmiş nazirin oğlu Anar Mahmudov Azərbaycan Beynəlxalq Bankının sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin kürəkənidir. Nərgiz Mahmudova isə Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024