Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem / Slayd (21-07-2023, 12:40)
Sabiq nazirin övladlarına qarşı məhkəmə başladı

Eldar Mahmudovun övladlarına qarşı məhkəmə başladı
Bakı Kommersiya Məhkəməsində Ağarəhimov İlqar Ağarəhimoviçin keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun övladları – Anar Mahmudov və Nərgiz Mahmudovaya qarşı iddia üzrə məhkəmə iclası başlayıb.

Mediatv.az  bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmə növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, İlqar Ağarəhimov Anar Mahmudov və Nərgiz Mahmudovu məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələri barədə tələb irəli sürüb.

İlqar Ağarəhimov daha əvvəl də Eldar Mahmudovun övladlarını məhkəməyə vermişdi.

İlqar Ağarəhimovun iş adamı olduğu deyilir. İddialara görə, onun Anar Mahmudov və Nərgiz Mahmudovanı məhkəməyə verməsi biznes mübahisələri ilə bağlıdır.

Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə Prezidentin sərəncamı ilə tutuduğu vəzifədən azad olunub. Bundan sonra MTN-də əməliyyatlar başlanılıb. Qurumun yüksək rütbəli vəzifəli şəxsləri həbs edilib.

Həmin vaxt Eldar Mahmudovla bağlı yayılan məlumatlarda onun övladlarının hətta Avropada biznes imperiyası quruduqları iddia edilirdi.

Bu arada qeyd edək ki, hazırda həbsdə olan Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev Eldar Mahmudovla qudadır. Onun qızı Anar Mahmudovun həyat yoldaşıdır.

Nərgiz Mahmudova Eldar Mahmudovun kiçik qızıdır. Onun digər qızı Xurman Mahmudova yazardır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024