Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-12-2023, 09:12)
Sədərək gömrüyü düzəlmir ki, düzəlmir... - GİLEY

 



Türkiyədən Naxçıvana gələn 5 nəfər Babək rayon sakini Sədərək gömrüyündə qanunsuzluğa məruz qaldıqlarını, təhqir və təhdid olunduqlarını bildirirlər. Onlar „Gündəlik Naxçıvan“a deyir ki, dekabrın 22-də gömrük qaydalarına uyğun olaraq şəxsi istifadə üçün gətirdikləri ərzaq məhsulları və geyim əşyaları əllərindən alınıb və anbara vurulub. Bu qanunsuzluğa etiraz etdikdə isə, həmin gün növbətçi olan Etibar adlı əməkdaş onları təhqir etməyə başlayıb.
Şikayətçilərdən Babək rayon Nehrəm qəsəbə sakini Müslüm İbrahimov deyir ki, gömrük işçilərini qanuna uyğun davranışa dəvət etdikdə isə, təhdidlə üzləşiblər:
“Gömrük qaydalarına uyğun olaraq ayda hər bir nəfərə bir dəfə Türkiyədən 30 kilo ərzaq məhsulu gətiməyə imkan verilir. Kasıb adamlarıq evə yağ, toyuq, kolbasa və sarə zəruri ərzaq məhsulları almışdıq. Əlimizdən alıb anbara vurdular. Qaydaları xatırladıb,etiraz etdik, mübahisə yarandı. Etibar adlı gömrükçü bizimlə kobud rəftar etdi. Ölkə predzeintinin məmurlara vətəndaşlarla normal davranmaq, onlara xidmət göstərmək xəbərdarlığını xatırlatdıq. O, isə bildirdi ki, predzentin sözləri ona aid deyil. Dedi ki, “mən gömrükdə lotuyam”. Sonra bizi təhdid etməyə başladı”.
Müslüm İbrahimov bildirir ki, növbəti gün baş verən özbaşınalıqla bağlı Naxçıvandakı Gömrük Xidmətinə şikayətə gediblər. Xidmətdən onları mallarını götürmək üçün Sədərək gömrüyünə göndəriblər. Lakin, gömrük əməkdaşları bu dəfə başqa problem yaradıblar:
“Beş nəfərə 100 manata taksi danışaraq 80 kilometr yol qət edib, təkrar gömrüyə getdik, lakin mallarımızı yenə geri ala bilmədik. Mallarımızın əksəriyyətinin tez xarab olan olduğunu gömrükçülərə dəfələrlə xatırlatsaq da, əhəmiyyəti olmadı. Dedilər ki, iki gün sonra, yəni növbəti həftənin birinci günü “Ford Transit” maşını gətirib malları yığarsınız ona, biz maşını möhürləyəcəyik, mallar Naxçıvan şəhərindəki gömrük xidmətinə gedib, orada sənədləşəcək, malların ümumi dəyəri hesblanacaq və 36% rüsum ödənəcək. Bundan başqa ailə-uşaq üçün aldığımız geyim mallarının müsadirə olunacağını da dedilər. Biz kasıb adamlarıq. Fəhləlik edib uşağımıza çörək aparırıq. Bunu da bizə çox görürlər”.
Şikayətçilər DGK-dan problemə müdaxilə etməyi, qanunsuzluğun aradan qaldırılmasını tələb edirlər.

Mənbə: „Gündəlik Naxçıvan“
шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024