Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-12-2023, 09:08)
Gəncədə daha 26 nəfər qanunsuz saxlanılan silahları polisə təhvil verib - FOTO

Gəncədə daha 26 nəfər qanunsuz saxlanılan silahları polisə təhvil verib
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Əməliyyat yolu ilə aşkarlanan silahlardan başqa mütəmadi olaraq vətəndaşlarla profilaktiki söhbətlər aparılaraq bildirilib ki, müvafiq sənədləri olmayan odlu silahların saxlanılması məsuliyyət yaratsa da, könüllü təqdim etmə şəxsi məsuliyyətdən azad edir.

Keçirilən profilaktiki tədbirlər nəticəsində 26 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibilir ov silahlarını polisə könülllü təhvil veriblər.

Hər bir vətəndaşla bir daha fərdi söhbət aparılaraq, Daxili İşlər Nazirliyinin gizlədilən döyüş və ov silahlarını, partlayıcıları və sursatları könüllü polisə təhvil verməsi ilə bağlı çağırışına həssas yanaşması və bu çağırışa qoşulması təqdirəlayiq haldır.

Təqdim edilən hər bir silah müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-profilaktiki tədbirlər nəticəsində qanunla ələdə edilib salxlanılması qadağan olan və müvafiq icazə sənədləri olmayan ümumilikdə 150 ədəd silah aşkarlanaraq götürülüb.

Gəncədə daha 26 nəfər qanunsuz saxlanılan silahları polisə təhvil verib
Gəncədə daha 26 nəfər qanunsuz saxlanılan silahları polisə təhvil verib

Mənbə: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupu
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025
18 11 2025