Sosial / Slayd (13-12-2023, 11:37)
Əfv qərarı ilə bağlı daha bir AÇIQLAMA - "İlin sonunda..."
Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il gəlir.
Digər əlamətdar günlərdə olduğu kimi müxtəlif illərdə bu tarixlə bağlı da dövlət başçısı əfv sərəncamları imzalayıb. Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılıb, yaxud cəzası azaldılıb.
Maraqlıdır, bu bayramda əfv sərəncamı olacaq?
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv qərarının olub-olmayacağı barədə jurnalistlərin sualını cavablandıran millət vəkili Zahid Oruc bildirib ki, Zəfər seçkilərinin təqvimi artıq başlayıb. İki ay ərzində dövlətin, hakimiyyət orqanlarının, cəmiyyətin üzərinə düşən müəyyən işlər var ki, bunlar artıq ortadadır, bəllidir:
“Amnistiya və əfv qərarlarına bağlı statistikanı səsləndirmək istəyirəm. 69 əfv sərəncamı ilə 9 minə yaxın insan azadlığına qovuşub. Dövlət həmin məhkum edilmiş şəxsləri bağışlayır. Bu, “Siz də bağışlayın” devizinin cəmiyyətə verilməsidir. Bu proses 1998-ci ildən davam edir, bəzən ildə iki dəfə həyata keçirilir. 11 amnistiya qərarı ilə on minlərlə insan azadlığına qovuşub və bu, cəza sisteminin özünü humanistləşdirməsi üçün də önəmli rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə bir addımın atılıb-atılmayacağına gəlincə, əlbəttə ki, bu, dövlətin qərar verəcəyi bir məsələdir. Əfv Məsələləri Komissiyası bunun üzərində addım ata bilər. Lakin bu barədə komissiya üzvü kimi ayrıca fikir söyləmək subyektiv olar. Bu məsuliyyəti üzərimə götürmək doğru deyil. Onu deyə bilərəm ki, bu ilin əvvəlində 800-dən çox şəxsimiz üçün Əfv Məsələləri Komissiyası dörd ay ərzində böyük işlər həyata keçirib. Burada işlər azad, şəffaf, aydın aparılıb”.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə “Sherg.az"a açıqlamasında deyib ki, əfv adətən dekabrda yox, martda olur. Prezidenti yanında Əfv Məsələləri Komissiyası da işinə yanvarda başladığı üçün ilin sonu əfv sərəncamınını olacağını ehtimal etmirəm:
“Əfv Azərbaycan Prezidentinin konstitusion hüququdur. Onun nə zaman verilməsi birbaşa ölkə başçısı tərəfindən müəyyən edilir. Amma əfv sərəncamlarının tarixinə nəzər yetirsək, ildə bir dəfə imzalandığını görərik. Müstəsna hallarda bir il ərzində iki dəfə əfv sərəncamı imzalanıb. Onlar da çox az məhkumlara şamil edilib. Ona görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində növbəti əfv olacağını düşünmürəm. Bu istiqamətdə hər hansı bir iş aparılmayıb və gözlənilmir. Xatırlaıdm ki, sonuncu əfv sərəncamı ötən il mayın 27-də olub və sərəncama əsasən, 801 nəfər məhkum əfv edilib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı imzalanan bu qərar Azərbaycanın tarixində ən böyük əfv sərəncamı idi. Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla əfv olunan şəxsləri, onların ailələrini, yaxınlarını, bir sözlə, yüzlərlə ailəni növbəti dəfə sevindirib.
Ona görə də belə qısa müddət ərzində yenidən əfv sərəncamının imzalanmasını güman etmirəm. Əgər belə bir ehtimal olsaydı, Əfv Komissiyası toplaşar, iclaslar keçirilərdi. Amma hazırda komissiyanın iclası keçirilmir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024