Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-12-2023, 18:06)
Daha bir uşaq qızılcadan vəfat etdi - Yenilənib

daha-bir-usaq-qizilcadan-vefat-etdi


Mediatv.az xəbər verir ki, bu barədə “Report” məlumat yayıb. 

Kənd sakini, 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib. Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.
Faktla bağlı araşdırma aparılır.
***
TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ölümün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq: “Həkiməqədər ölüm qeydə alınıb. Təşrih vasitəsi ilə aparılan tibbi ekspertiza nəticəsində şəxsin əsl ölüm səbəbi haqqında son rəy bildirmək mümkündür”.
Qeyd edək ki, son günlər ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir. Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli, dekabrın 1-i Sabirabadda 1 yaşlı uşaq və dekabrın 2-də Qobustanda iki yaşlı Baxışlı Elmir Elbrus oğlu qızılcadan vəfat edib.

Samirə Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024