Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-12-2023, 08:41)
İsmayıllıda açıq-aşkar EKOTERROR...

 



İsmayıllıda su meliorasiya idarəsinin rəisi Elşad Quliyevin özbaşınalığı ilə bağlı, konkret olaraq balıq biznesi ilə məşğul olduğunu sübut edən xeyli foto və video materialları saytımız ictimaiyyətə təqdim edib ancaq təəssüf ki, adıçəkilən müdir barəsində heç bir tədbir görülmür.
Aldığımız məlumata görə Elşad Quliyev ağsaqqalı yəni meliorasiya şefi Zaur Mikayılovun haqqını verməklə bu hoqqaları çıxardır. Bundan Əlavə Ekologiya və təbii sərvətlər nazirliyinin 6 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi Namiq Yusifov və inspektoru Nəriman Cırıyev bu işdə Elşad Quliyevə yaşıl işıq yandırır. Çünki inspektor Nəriman Cırıyev bir aya yaxın müddətdir ki, müdir Elşad Quliyevin hesabına Dərə kafesində yeyib-içib dəmə qoyur. Ekologiya rəisi Namiq Yusifov balıq biznesindən əməlli-başlı pul tutub.
Mənbə bildirir ki, gündə 3-4 Qaz 53 markalı avtomobil ağzına kimi dolu balıq göldən tor ilə tutularaq satılır.Həm İsmayıllı,həm də ətraf rayonlardan işbazlar qeyd olunan yerdən balıq daşıyır.
Müdir Elşad Quliyev növbəti il üçün yenə balıq yetişdirmək üçün malyutka da sifariş edib deyərək meliorasiya idarəsinin əməkdaşı bildirir.
Meliorasiya idarəsinin əməkdaşı bildirir ki, müdir bu işdə yerli idmançıların əməyindən yararlanır. Belə ki, gölə heç kim buraxılmır yalnız müdirin adamları burada tor ilə balıq tuta bilər. Müdir idmançı brokanerlərə matorlu qayıq da verib ki, kef eləsinlər.
Artıq aşağı kəndlərdə əhali arasında güclü narazılıq yaranıb. Dəfələrlə rayon rəhbərliyinə bu barədə məruzə olunub ancaq heç bir tədbir görülmür. Bir sözlə rayonda məmur özbaşınalığı davam edir, faktiki olaraq rayon böyüksüzdür. Elə bil rayonun başında məmurlar yox, kuklalar əyləşib.

Araşdırmalarımız davam edir...

İsmayıllıda açıq-aşkar EKOTERROR...
İsmayıllıda açıq-aşkar EKOTERROR...

Mənbə: AZERİNFO.İNFO



шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024