Sosial (15-11-2023, 12:22)
Döyüşçülərin 99 faizi stress pozuntusu yaşayır... - NƏ ETMƏLİ?
Ordudan təxris olunan hərbçilərin, döyüşçülərin, qazilərin ixtisaslaşmış reabilitasiya mərkəzlərinin yaradılmasına ehtiyac var.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 13-də keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O bildirib ki, bu tip mərkəzlərin yaradılması həmin şəxslərin həm psixoloji, həm də tibbi bərpası üçün addım atmış olunardı: “Odur ki, hökumətdən bu məsələnin diqqət mərkəzində saxlanılmasını xahiş edirəm”.
Hərbi ekspert, psixoloq Azad İsazadə isə “Sherg.az”a açıqlamasında deyib ki, mütləq şəkildə millət vəkilinin təklifi diqqətə alınmalıdır:
“Döyüşlərdə iştirak edən insanların 99 faizi hansısa dərəcədə posttravmatik stress pozuntusu yaşayır. Yəni kimisi orta, kimisi yüngül, kimisi də kəskin. Sözsüz ki, döyüşlərdə iştirak etmiş, yaralanmış, yaralı dostlarına kömək etmiş, onları itirmiş, kontuziya almış şəxs uzun müddət mülki həyata qayıda bilmir. Onlara mütləq psixososial reabilitasiya lazımdır. 44 günlük Vətən müharibəsi bitəndən sonra biz böyük bir layihəyə başlamışdıq. Keçmiş cəbhəyanı ərazilərdə əhaliyə və qazilərə psixoloji yardım göstərirdik. Sağ olsunlar, dərman firmaları bizə lazım olan dərmanları pulsuz verirdilər. Lakin bu yolla hamını əhatə etmək çətin idi. Bəzi dərmanlar tapılmırdı, bəzən də hamıya çatdırmaq olmurdu. Əslində, burada söhbət sadəcə maddiyyatdan getmir. Lap imkanları olsa belə hər psixoloji mərkəzdə mərkəz hərbiçilərə, qazilərə peşəkar psixoloji yardım göstərə bilmir. Bu işlə mütləq hərbi travma ilə məşğul olan klinik psixoloqlar məşğul olmalıdır. Necə ki uşaqları aparanda məhz uşaq psixoloqu axtarırıq, o cümlədən də hərbiçilər üçün bu cür mərkəzlər olmalıdır”.
Psixoloqun fikrincə, müharibədə, döyüşdə iştirak edən hər bir əsgərə, zabitə psixoloji yardım göstərilməlidir:
“Yəni bu mərkəzlər sadəcə müharibədə hansısa formada zədə, travma alan qazilər üçün yox, bütün müharibə iştirakçıları üçün zəruridir. Sözsüz ki, bu istiqamətdə müvafiq qurumlar tərəfindən layihələr icra edilir.
Məsələn, həmçinin 44 günlük Vətən müharibəsindən sonra da müharibə ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyası təşkil olunub. Türkiyədən gəlmiş peşəkar psixoterapevtlərin iştirakı ilə ödənişsiz psixoloji yardımlar olunub. Dövlətə məxsus psixiatrik və psixoloji mərkəzlərdə müharibə iştirakçılarına yardım göstərilirdi. Bəzi rayonlarda QHT-nin qrant layihələri formatında müharibə iştirakçıları, şəhid ailələrinə psixoloji dəstək məqsədi ilə müəyyən tədbirlər keçirilirdi.
Hazırda isə bu istiqamətdə regional mərkəzlər yaradılır. Bakının özündə isə kifayət qədər reabilitasiya mərkəzləri açılıb. Bu mərkəzlər daha çox ayaq və qolların reabilitasiyası, protezlərin verilməsi ilə məşğul olsa da, hər mərkəzdə ən azı 2-3 psixoloq fəaliyyət göstərir. Mən bu mərkəzlərin əksəriyyətində olmuşam və keyfiyyət baxımından qaneedicidir. Amma kəmiyyətcə azdır. Kənar rayonlarda yaşayan döyüşçülərin bu mərkəzlərə gəlib-getmək imkanları məhduddur. Reabilitasiya pulsuz olsa da, yolpulu ilə təmin etmirlər. Üstəlik, işləyən qazilər də gedib-gələ bilmir. Buna görə də qazilərin əlçatanlığını təmin etmək üçün bu cür mərkəzlərin sayı artırılmalıdır. İndiki mərkəzlər bütün qaziləri əhatə etmək imkanında deyil. Növbə çox olur. 6 aydan bir ancaq qəbul edə bilirlər. Bu da istər-istəməz müəyyən problemlərə yol açır”.
Beynəlxalq praktikaya istinad edən psixoloqun sözlərinə görə, müharibə iştirakçıları, qazilərlə məşğul olan ayrıca bir qurum yaradılmalıdır. Bu, Dövlət Komitəsi və ya agentlik də ola bilər. Qazilərin fiziki-mənəvi müalicəsi, sosial problemləri, iş təminatı ilə məhz bu qurum məşğul olmalıdır. Bəzi ölkələrdə bu qurum Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. İsraildə isə ayrıca bir nazirlikdir. Çünki İsrail yaranandan onlar müharibə şəraitində yaşadıqları üçün bu sahəyə xüsusi diqqət yönəldiblər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024