Bakı sakini torpaq sahəsi almaq istəyərkən dələduzluğun qurbanına çevrilib.
"Xəzər Xəbər"ə danışan vətəndaş bildirib ki, 10 il əvvəl aldığı torpaq sahəsi başqalarına da satılıb. Lakin sonradan onlara başqa yer təklif edilib və razılaşıblar. Amma bir müddət sonra oranın da başqa sahibi olduğu məlum olub.
Paytaxt sakini Mehran Eyyubov deyir ki, 10 il əvvəl atası ilə birlikdə Maştağa qəsəbəsi, Xanlar küçəsindən torpaq sahəsi alıb. Lakin aldığı torpağın başqa sahibi də olduğundan, ona yeni torpaq sahəsi təklif edilib. Amma onun da əmması çıxıb.
Mehran Eyyubov bildirir ki, torpağı vasitəçindən alsalar da, ödənişi özünü torpaq sahibi kimi təqdim edən şəxsə ediblər. İndi isə hər iki torpaq sahəsinin başqa sahibi olduğundan nə pulunu geri ala bilir, nə də başqa boş sahə.
Torpaq almaq adı ilə aldadılan Mehran Eyyubov deyir ki, məsələ ilə əlaqədar polisə müraciət edib. Lakin nə ödədiyi məbləğdən xəbər var, nə də torpaq sahəsi.
Məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib ki, həmin məsələ ilə bağlı araşdırma aparılır və nəticəyə uyğun əmələ hüquqi qiymət veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Nyus.Az