Sosial (5-11-2023, 14:40)
Ət bahalaşır, kolbasa isə ucuzlaşır - SƏBƏB
Son vaxtlar Azərbaycanın istehlak bazarında qəribə təzadlılıq müşahidə olunur. Bu da özünü əsasən bir-biri ilə əlaqəli olan ərzaq və kənd təsərrüfatı məhsullarında göstərir.
Belə ki, bir neçə gündür mal və qoyun ətlərinin qiymətində artım var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin avqustundan indiyədək mal əti 19-20 faiz bahalaşıb. 00:17
Ötən il kiloqramı 11-13 manata təklif olunan mal əti bu il 14-16 manat, qoyun əti isə 17-19 manatdır. Sürətli bahalaşma çəkilmiş mal əti, eləcə də qoyun ətində də baş verib. Ancaq ətdən hazırlanan kolbasa və sosiska məhsulları xeyli ucuzlaşıb.
Bu paradoksallıq taxıl-un, süd və digər məhsullarda da özünü büruzə verir.
Mediatv.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.media-ya açıqlama verən Milli Məclisin deputatı, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, sözügedən vəziyyətin təəccüb doğurduğunu bildirib.
Ətraflı
Komitə sədri, bununla bağlı araşdırmaların aparılmasına ciddi ehtiyacın olduğunu dilə gətirib:"Bu gün ət bahalaşır, amma ondan hazırlanan məhsullar ucuzlaşır. Un ucuzlaşır, amma çörək və digər məmulatlar bahalaşır, yaxud da əksi baş verir. Mən bunu normal hal hesab etmirəm".
Ətdən hazırlanan kolbasa və digər məhsulların ucuz olmasına gəlincə, deputat bunu, həmin məhsulların tərkibinə əlavə edilən qatqılarla əlaqələndirib: "Bəllidir ki, kolbasa və sosiska sırf ətdən hazırlanmır. Onların tərkibinə çoxlu sayda nişastalar, dadlandırıcılar və digər qatqılar əlavə edilir. Bu da həmin məhsulların qiymətinə təsir edir. Yaxud da, ola bilər ki, istehsal qaydalarına düzgün əməl olunmur və başqa proseslər həyata keçirilir".
Müsahibimiz vurğulayıb ki, əgər bu gün dünya üzrə ərzaq qiymətlərində bahalaşma müşahidə olunursa, bu, bizdə normal hesab olunmalıdır: "Ona görə ki, Azərbaycan dünyanın bir çox ölkələri ilə iqtisadi və ticarət əlaqələrə malikdir. Bu da istər-istəməz yaşayış tərzimizə və istehlak bazarımıza öz təsirini göstərir".
İqtisadçı-ekspert Akif Nəsirli isə son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların daha geniş yayıldığını bildirib: "Bu baxımdan götürsək, Azərbaycanda kolbasa və sosiska məhsulları çox keyfiyyətsiz ətdən hazırlanır. İstehsalçılar əslində məhsulu keyfiyyətsiz etməklə maya dəyərini aşağı salmağa çalışırlar ki, bu da qiyməti ucuzlaşdırmağa imkan verir. Reallıq odur ki, bazarda quzu əti 18 manatdan, dana əti 15 manatdan satılır. Əgər kolbasa və sosiska məhsulları məhz bu ətlərdən hazırlanarsa, o zaman onlar da baha qiymətə satılacaq".
Unun və çörəyin qiymətlərinə gəlincə, ekspert mühüm bir faktı diqqətə çatdırıb: "Apardığım hesablamalara görə, 650 qramlıq çörəyin maya dəyəri təxminən 28 qəpiyə başa gəlir. Ancaq istehsalçılar 60 qəpiyə satırlar ki, bunun da 50 faizi istehsalçının mənfəəti olur. Bir neçə gün əvvəl qiyməti beş qəpik endirdilər. İstehsalçılar bunu etməklə, əslində əhali arasında müəyyən xal qazanmağa çalışdılar".
Buğda qiymətlərində axırıncı iri sıçrayışlı artımın 2021-ci ilin yanvar ayında baş verdiyini xatırladan ekspertin sözlərinə görə, həmin vaxt 3-cü sort bir ton buğda 350 dollara satılıb: "Hazırda Rusiyadan aldığımız 3-cü sort buğda 230 dollara, 4-cü sort 215-220 dollara başa gəlir. Bir sözlə, hər tonda 120-130 dollar ucuzlaşma var ki, bu da təxminən 30 faiz edir. Çörəyin hazırlanmasında istifadə olunan xammal və yarımfabrikatların dəyəri 30 faiz, çörək isə cəmi 10 faiz ucuzlaşıb. Bir müddət əvvəl 40-50 kiloqramlıq un 40 manat, indi isə 25-26 manatdır. Bunun fonunda çörəyin cəmi beş qəpik ucuzlaşması elə böyük əhəmiyyət kəsb etmir".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024