Sosial (30-10-2023, 13:56)
Xudu Rzayev: Behruddan düz yola çıxan qurucu adam yaxud bəşəri duyğuları,vətən sevgisi iləvəhdətdə olan bir insanın ömür yoluna düz baxış
E.SEYİDZADƏ
Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Həmin cizgilərdə toplanaraq şəkillənən bu tip keyfiyyətlər, sonradan insanın həqiqi simasını,hansı kriteriyalara sahib olduğunu əminliklə açır,onu içində yaşadığı cəmiyyətə və vətəndaşı olduğu dövlətə olduğu kimi təqdim edir.
Bu yazımızda biz də həmin insanlardan biri,-daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,nəcib şəxsiyyət,ictimai xadim,sadə və səmimi,geniş ürək sahibi ,əsl ziyalı,milli və dövlətçilik maraqlarımızın təəssübkeşi,xeyriyyəçi əməlləri ilə yadda qalıb sevilən,incə qəlb’ malik,doğru,dürüst düşüncələrində bəşəri duyğular carçısı, iş adamı, -“Minera” Şirkətlər Qrupunun təsisçisi və rəhbəriXudu Rzayevin portretini olduğu kimi təqdim etmək istəyirik.
Xudu Rzayev,- doğurdan da respublikada tanınan,sayılıb-seçilən,dövlətin etimadınıqazanmış,əsl vətəndaş,nüfuzluictimai xadim,Azərbaycanın milli dövlətçilik maraqlarına sadiq,ən təcrübəli və səriştəli iş adamlarından,həm dədəyərli insanlarımızdandır.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələrindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Xudumüəllim də,sözün əsl mənasında ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək səhv etmərik.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Xudu Rzayevin daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinin şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Xudu Rzayev da,respublikada dəyərinin və sanbalının çəkisi çox ağır gələn nümunəvi iş adamlarından, əsl insanlarımızdandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan;beləki,1962-ci ilin 30 yanvarında barlı-bərəkətli, halal çörəkli,zəhmət adamı ilə daim yad edilən,cəsur, comərd,həm dəyanətli,həm cəsarətli,tarix yazan övladları saya gəlməz,əsrlərin süzgəcindən diri –dipri, düz vüqarlı, min vüqarlı keçib olduğu kimi, üzü bəri gələn,bu gün də yaşayan,yaşanan, yaşadan qədim Ordubadın Behrud kəndində,- Əhəd kişinin yurdunda dünyaya göz açan Xudu Rzayev, əvvəlcə Leninqrad(indiki Sankt-Peterburq) Politexnik İnstitutunun “Maşınqayırma və texnologiya”fakültəsində,daha sonra isə Bakı Dövlət Universitetinin “Hüquq” fakultəsində təhsil alır.
Sank-Peterburq şəhərində Avrora EİB-də usta, növbə rəisi işləyən Xudu
müəllim, ardınca “20-ci parallel” müəssisəsində kommersiya direktoru vəzifəsində
də çalışmağa müvəffəq olur.
1994-1996-cı illər arası “Şumer” firmasında
Kommersiya direktoru vəzifəsində çalışan Xudu Rzayev,1996-cı ildə “İlandağ-SA”,
2007-ci ildə “Bəytaş-Bakı”, 2010-cu ildə “Dəniz uşaq baxçası”, 2011-ci ildə
“Evrika liseyi”, 2017-ci ildə isə “İntelekt-RX” MMC müəssisələrini də təsis edir.Lakin, 2012-ci ildə Xudu müəllim firmaların fəaliyyətlərini
birləşdirib, əvəzində “Minera” Şirkətlər Qrupunu qurur.
Beləcə,25 ildir bu səmimi və doğru-dürüst insan,bütün həyatını Azərbaycanda işgüzar və biznes mühitinin formalaşmasına, inkişafı və çiçəklənməsinə həsr etməkdədir.Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə iqtisadiyyat və sahibkarlığın artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Rəhbərlik etdiyi “Minera” Group-un devizi də məhz bu kriteriyalara köklənmiş və bu gün həmin dəyərlər uğur simvolu kimi davam etdirilməkdədir.
Bu şirkətlər qrupunun əsas fəaliyyət sferasıtikinti-inşaat,təlim- təhsil,sənaye- istehsalat,memarlıq- dizayn sahələri ilə ixrisaslaşmış və formalaşmışdır.
Hazırda, 1996 cı ildən bu günədək, “Minera” Şirkətlər Qrupu bir çox sınaqlardan keçərək, bu şirkətə etimad göstərənlərin ümidin doğruldub və sərt,inamlı addımlar ilə gələcəyə doğru gedir və inkişafın davam etdirir.
Bütün bunların ucalğında isə Xudu Rzayevin vətənə, xalqa, dövlətə olan sevgisi və sadiqliyi, əsl vətəndaş mövqeyi tutması dayanır.
Çünki onun əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Xudu müəllim Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı, onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli, dönməz və sarsılmaz əsgərdir.
O, biznes və sahibkarlıq fəaliyyəti ilə paralel, həmçinin fəal ictimai xadim kimi də yadda qalandır. Yeni Azərbaycan Partiyasının üzvü kimi mənsub olduğu siyasi təşkilatın Azərbaycanın dövlətçilik maraqları istiqamətində və bu maraqların qorunması inkişafı yolunda daim işgüzarlığını, ictimai-siyasi düşüncələrini sərgiləməkdədir.
Xudu Rzayev, həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı, fəali vətəndaş olması, ictimai fəaliyyəti ilə yaxından iştirak edir.
Xudu müəllim həmçinin gözəl və mehriban ailə başçısı, üç övladın qasyğıkeş və mükəmməl atasıdır. Övldlarını da özü kimi milli ruhda, vətənə, xalqa, dövlətə sevgi hissləri, əxlaqi dəyərlər məzmununda böyüdüb. tərbiyyə edə bilmişdir.Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Xudu müəllim bax belə insanlarımzdan, özəl sektorda öz yeri, çəkisi və sözü olan sanballı iş adamlarımızdan, Azərbaycanda biznes sahəsi üzrə sayılan sahibkarlardandır.
Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu Xudu müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)
