Siyasət (2-03-2023, 12:39)
“Hacı Şahinin ölümü ciddi araşdırılmalıdır…” - Deputat

Mediatv.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini məsələlər komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, Hacı Şahin Həsənlinin qəfil ölümü bu gün Azərbaycan ictimaiyyətində, dindar kəsimdə çox ciddi narahatlıqla qarşılanıb: “Çünki onun ətrafında onu sevən, dəstəkləyən xeyli sayda insan var idi. Bu hadisə birmənalı olaraq dindar kəsimi narahat edir. Hacı Şahin ictimai fəal, din xadimi kimi ictimai verilişlərdə cəmiyyəti narahat edən məsələlərə də öz münasibətini, mövqeyini bildirən bir şəxs kimi tanınırdı, bilinirdi. Yaxınlarının verdiyi məlumata görə, o, qəflətən dünyasını dəyişib. Hesab edirəm, Hacı Şahinin dünyasını dəyişməsi hadisəsi çox ciddi şəkildə araşdırılmalı, öyrənilməlidir. Bu məsələ ilə bağlı rəsmi məlumatlar verilməli, açıqlanmalıdır ki, bu, sırf sağlamlıqla bağlı məsələdirmi, yoxsa burada hansısa təxribatdan söz gedə bilər-bilməz... Çünki qeyd etdiyimiz kimi, Hacı Şahinin Azərbaycan Prezidentinin, dövlətinin, siyasətini dəstəkləməsi bütün dairələrdə birmənalı qarşılanmırdı. Bu, baxımdan Hacı Şahinin ölümü ciddi araşdırılmalı, nəticəsi ictimaiyyətə açıqlanmalıdır”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025