Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-10-2023, 12:29)
Paytaxtın Nəsimi rayonu ərazisində “yaşıl soyqırım” davam etdirilir- VİDEO\FAKTLAR

Paytaxtın Nəsimi rayonu ərazisində “yaşıl soyqırım” davam etdirilir- VİDEOFAKTLAR



11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisindən sonra İlham Əliyev cənabları bir neçə yüksək çinli vəzifə sahiblərini daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. Həmin şəxslərdən biri də, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oldu. Sözsüz ki, atılan addımlara bir çox amillərin varlığı səbəb olur ki, ölkə rəhbəri belə bir qərarını verir. Unutmaq olmaz ki, sabiq nazirin dönəmində ən çox problemlərin yaşandığı sahələrdən biri, bəlkə də birincisi ölkəmizin ekologiya sahəsi idi. Qeyd olunan bu sahədə hökm sürən inhisarçılıq, vəzifə sahibi olan şəxslərin gündəlik artan maraqları, yaşanan bir çox olayların varlığı və s. ekologiya sahəsini, sanki “bataqlıq burulğanı”nda boğurdu. İstər meşə təsərrüfatı sahəsində, istərsə də ətraf mühitin digər ərazilərində problemlər elə bir həddə tüğyan edirdi ki, artıq vəziyyət dözülməz həddə çatmışdı. Sevindirici hal o oldu ki, ekologiya və təbii sərvətlər naziri vəzifəsinə Muxtar Babayev təyin olundu və ilk vaxtlarda bu sahədə xeyli dönüş yarandı. Yəni, istər meşə zolaqlarının qanunsuz yollarla məhv edilməsinin, istərsə də çay vadilərinin qazılıb daşınması səbəbindən ekoloji problemlərin əmələ gəlməsinin və digər qanunsuzluq hallarının qarşısı alındı. Bundan əlavə, dağ yamaclarından, çay vadilərindən və digər yerlərdən lazımi sənəd-sübut olmadan istifadə edən şəxslərə qarşı cəza tədbirləri də görüldü. Belə bir addımların atılmasına baxmayaraq, ölkəmizin elə əraziləri var ki, həmin ərazilərdə kimlərsə şəxsi maraq və məqsədlərini həyata keçirmək üçün, bu gün də düşünüb-daşındıqları addımlarını atmaqda davam edirlər. Belə ərazilərdən biri də, Bakı şəhəri, Nəsimi rayonunun Pişəvəri küçəsidir. Qeyd edək ki, çox yaxın vaxtlarda bu küçənin mərkəzi hissəsində üç ədəd yaş ağac kökündən kəsilib. Bu məsələ ilə bağlı ..................ov ünvanladığımız suala cavabında “Ağaclarin kəsilməsi ilə bağlı ekologiya nazirliyi tərəfindən rəy verilib, bələdiyyə isə götürmə vərəqəsi verib. Ona görə də həmin ağaclar kəsilərək götürülüb”. Bəli, ............ov sualımızı belə bir formada cavablandırsa da, bu cavabın özü böyük şübhələrə yollar açır. Çünki, qeyd olunan ərazi Pişəvəri küçəsinin mərkəzi hissələrindəndir və bu yerdə çoxsaylı ailələr yaşayırlar. Ümumiyyətlə, son bir-iki ildir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “yaşıl soyqırım” olayları geniş vüsət alıb. Buna əsas səbəb, RİH-nin başçısı Asif Əsgərovun boş əraziləri sataraq külli miqdarda gəlirlər əldə etməsidir. Bir sözlə, bu şəxs üçün yaşıllıqların varlığı o qədər də əhəmiyyət kəsb etmir və bu şəxs üçün var-dövlət əldə etmək, qazanc götürmək və s. hər şeydən üstün tutulur. Qeyd edək ki, Asif Əsgərov bəlkə də yeganə icra başçısıdır ki, bu şəxs rayon ərazisində yaşanan problemləri ictimailəşdirən KİV nümayəndələrinin ağzını “pulla yummağı” bacarır. O halda sual oluna bilər ki, görəsən RİH-nin başçısı bu qədər pulları necə və hansı yollarla əldə edir?

Ümumiyyətlə, Nəsimi rayonu ərazisində belə bir problemlər yaşandıqca Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyəti də, hər kəsi daha çox düşündürməkdə davam edir. Çünki, bu dövlət qurumun əsas vəzifələrindən biri, bəlkə də birincisi paytaxt Bakı şəhəri ərazisində yaşıllıqlara nəzarət etməkdir, qanunsuz ağac kəsilmələrinin qarşısını almaqdır. Deməli, bu dövlət qurumuna rəhbərlik edən şəxslərin fəaliyyətləri fəaliyyətsizlikdən başqa bir şey deyil. Ona görə ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəhbərlik edən şəxslər bu gün də üzərinə düşən vəzifə borclarını yerinə yetirə bilmirlər ki, Nəsimi rayonunun Pişəvəri küçəsində olmazın qanunsuzluqlara qol qoyulur. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Araşdırmamız davam edəcək. Ətraflı növbəti sayımızda.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Vahid Coşqun

Nyus.Az







шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
19 11 2025
19 11 2025
19 11 2025