Sosial (24-10-2023, 11:49)
Mübariz Pənəhov (Laba) yanan Şərur bazarını özünə qaytarmaq istəyir… - İDDİA

Son günlər Naxçıvandakı iri ticarət mərkəzləri və restoranlarda ardıcıl şəkildə yanğın hadisələri baş verir. Bir neçə gün əvvəl Naxçıvan şəhərindəki “Banu” adlı restoranda yanğın qeydə alındı. Ardınca Şərurdakı restoranlardan birində yanğın oldu. Sonra isə Şərur şəhərinin mərkəzindəki bazar yandı və sahibkarlara xeyli ziyan dəydi.
Bu hadisələr hətta təsadüfən baş versə belə, məsuliyyət Naxçıvan Fövqəladə Hallar Nazirliyinin üzərinə düşür. Niyə “obyekt”lərdəki yanğından təhlükəsizlik qaydaları lazımınca əməl olunmur? Cünki oradakı FHN-nin başı qarışıb köhnə tikilən iri ticarət “obyekt”lərindən yeni sənədlər tələb etməyə.
Deyillər ki, dövlət qurumlarının verdiyi köhnə sənədlər keçərli deyil. Təzədən bizim “qılıncımızın altından” keçməlisiniz. Bizə bu yöndə xeyli sayda şikayətlər olunub. Yaxşısı budur, FHN öz işi ilə əməlli məşğul olsun ki, belə yanğın hadisələri də baş verməsin.
Əldə etdiyimiz məlumata görə, yanan Şərur bazarı uğrunda hazırda bəzi iş adamları arasında hüquqi müstəvidə mübarizə gedir. Sözügedən bazar “Sədərək” gömrüyünün sabiq rəhbəri - “Laba” ləqəbli Mübariz Pənəhov tərəfindən tikilib və pənahovların mülkiyyətinə aid olub.
Vasif Talıbovun dönəmində bazar “Laba”nın əlindən alınıb. Hazırda bazar Hacı Qasım adlı iş adamı tərəfindən idarə edilir. Vasif Talıbov vəzifəsindən gedəndən sonra, Mübariz Pənahovun bazarı yenidən əldə etmək iddiası ilə məhkəməyə müraciət etdiyi bildirilir. Hacı Qasım isə bazara bitişik ərazidə yeni ticarət mərkəzi inşa etdirib.
Məhəmmədəli Qəribli
AZİNFORUM.AZ
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
19 11 2025
19 11 2025
19 11 2025

























