Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-10-2023, 21:59)
Anar Rzayev dini nikahda olduğu Zülfiyyə Şirinovanın 400 min pulunu necə mənimsəyib..?

 Söhbət quru meyvə biznesindən düşmüşkən, oxucular üçün məlumat olaraq qeyd edək ki, Azərbaycanda quru meyvələrin əsas məkanı Ordubad rayonudur.
Hələ qədim dövrlərdə Ordubadın quru meyvələri Şərqin bir çox regionlarına ixrac edilib. Həqiqətən də  Ordubadın  quru meyvələri  həm istifadə, həm də müalicə üçün  çox faydalıdır.
Vaxtilə Ordubada  faydalı meyvələrinə görə, “Cənnətməkan”  adını veriblər.
Onu da qeyd edək ki, Ordubadda hər cür meyvə yetişdirilib. Ərik, şaftalı, cəviz, limon, heyva dünyanın heç bir yerində Ordubaddakı kimi tamli və dadlı olmayıb. Digər meyvələr də üstün dada-tama malikdir.
Ordubad  meyvələrinin qurusu qış dövründə daha çox faydalı olur.
Ordubad meyvələrindən ən məşhuru ərikdir. Ordubad əriyi vaxtilə “Çörək ağacı” adı ilə dillər əzbəri olub. İkinci Dünya müharibəsi illərində Ordubad əriyini Azərbaycanın digər rayonlarında buğda ilə dəyişirdilər.
Azərbaycanda əriyin 30-dan çox növünün olması məlumdur. Ağ və qırmızı təbərzə, badami, ağ ərik, haqverdi, ağcanabaş, xosrovi, qara ərik, hamna ərik, əsgərabad, limon ərik, şalax, qırmızıyanaq, fındığı ərik, kababı, göy ərik və sairə sortları rayonumuza müvəffəqiyyətlə becərilib. Bu meyvələrdən qax, konserv məhsulları, miyanpur, kompot, cem, lavaş hazırlanıb. Ərik əsasən kaliumla zəngin olub tərkibində 9-10 mikroelement, vitaminlər, turşular və sairə vardır. Qurudulduqda şəkərliliyi artır və ən gözəl çərəzlərdən sayılır.
Sözün qısası, Ordubadın  quru meyvələri bu gün öz keçmiş şöhrətini  davam etdirir.
Paytaxt  Bakının, Sumqayıtın və digər şəhərlərimizin harasına gedirsənsə, mütləq  “Ordubad”  quru meyvələr mağazasına rast gəlirik.
Ordubadın halal meyvələri ilə bu gün özünə haram biznes quran Anar Rzayev…
Bəli, Ordubadın halal meyvələri ilə bu gün özünə haram biznes quranlar da az deyil.
Birincisi, bu meyvə dükanlarında qiymətlər az qala “əl yandırır”, yəni kasıbın büdcəsinə uyğun deyil.
İkincisi, bu meyvə mağazalarında heç bir kassa aparatı-filan yoxdur. Yəni Ordubad meyvə mağazaları əməlli-başlı maxinasiya məkanıdır. Vergilər ödənmir, işçilər  rəsmi olaraq müqavilə əsasında işə qəbul olunmur, işçiləri çox işlədib az maaş verirlər…
Bəli, bu marketlərdə vətəndaşlarımız  gün ərzində 10 saatdan çox işləsə də  verilən əmək haqqı da yetərli olmur. Digər tərəfdən işçilərə əmək haqqı qanuni yolla deyil, nağd verilir.
Sözün qısası, millətimizin təbii sərvəti olan Ordubad quru meyvələri kimlər üçünsə yüz minlər deməkdir.
Belələrindən biri də Anar Rzayev adlı şəxsdir.
Əslən Ordubad rayonunun Əylis kəndindən olan Anar Rzayev uzun müddətdir ki, quru meyvə biznesi ilə məşğuldur.
Bu adamın meyvə sahiblərini, sıravi alıcıları, müştəriləri aldatması bir yana, bu adam bir dələduz olaraq insanların  etibarından sui-istifadə edərək onların əmlakını, pulunu mənimsəyib.
Belə ki, Zülfiyyə Şirinova adlı şəxsin dediklərindən bəlli olur ki, o Anar Rzayevlə  tanış olub, ona etibar edib, amma…
Əmması odur ki, Anar  Rzayev bu sadə xanımın  etibarından sui-istiafdə edərək  onunla Masallıda oteldə qalmaqallı olay yaşayıb. Və  sonda Zülfiyyə Şirinova ilə  dini nikaha  girərək ər-arvad kimi yaşamağa başlayıblar.
Anar Rzayev daha sonra bir ailə kimi Zülfiyyə Şirinovanı inandıraraq onun 400 min pulunu mənimsəyib.
Hazırda Anar Rzayevlə Zülfiyyə Şirinova arasında 400 minə görə, münaqişə yaşanır.
Anar Rzayev Zülfiyyə Şirinovanın halal pulunu, 400 minini qaytarmaq istəmir. Biz isə öz növbəmizdə Anar Rzayevə demək istəyirik ki, bir zamanlar bəzi məsul, vəzifəli şəxsləri şərləyərək qadını qabağa verəndə həyat yoldaşım deyirdin, indi nə oldu? Bu məsələnin tam çılpaqlığı ilə oxucularımıza və Hüquq Mühafizə Orqanlarımıza çatdıraraq araşdırma aparmalarını xahiş edirik.
Geniş araşdırma yazımız yaxın günlərdə dərc olunacaq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
19 11 2025
19 11 2025