Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-09-2023, 17:16)
“Məni ailəmlə birgə yataqxanaya göndərirlər ki...” - Professor şikayətçidir

“Məni ailəmlə birgə yataqxanaya göndərirlər ki...”
Bir neçə il öncə alimlərin mənzil probleminin həlli istiqamətində addımlara başlanıldı.

Ancaq bu sahədə tədbirlərə baxmayaraq, hazırda da mənzil problemi olan alimlər var. Həmin alimlərdən biri, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov öz “Facebook” səhifəsində bu sahədə yaşadığı mövcud problemlə bağlı fikirlərini bildirib.

Qeyd edib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru, professor Nadir Məmmədli AMEA prezidenti akademik İsa Həbibbəyli ilə birgə 2 həftədir ki, institiutun 54 yaşlı şöbə müdiri, bir sıra xəstəliklərdən əziyyət çəkən professor İdris Abbasova yataqxanada həvəslə yer axtarırlar:

“Bu, şəraitsiz yataqxana onsuz da 33 il şəraitsiz yataqxanalarda, kirayələrdə təskinlik tapmış, ağır şəraitdə elmi araşdırmalarına ara verməmiş İdris Abbasovun qətlinə aparan yoldur”.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov Cebhe.info-ya açıqlamasında bildirib ki, AMEA rəhbərliyi bu yaşında, problemli səhhəti ilə ona yataqxanada yaşamağı təklif edir:

“Bu gün səhər də mənimlə əlaqə saxlayıb, təhdid fonunda “niyə yazmısan?” dedilər. Bildirdim ki, mən hər şeyə hazıram, faktlar ortadadır. Bildirmişəm ki, mənlə bərabər siz də yataqxanada yaşamağınız şərtinə razıyam. Bir həftə AMEA rəhbərliyi orada qalsın, sonra onlar getsin, mən qalım. Ancaq onlar bu şərtlə razılaşmırlar. O zaman məni ölümə göndərirlər? Mən həyatımın 15 ilini həmin yataqxana şəraitində yaşamışam. Həmin vaxt dözmüşəm, orqanizmim gənc idi, ancaq indi tab gətirə bilmirəm.

Kimsə Ədəbiyyat və yaxud Dilçilik İnstitutunda bir elmlər doktoru, professor göstərə bilərmi ki, onların evi yoxdur, səfalət içində yaşayırlar? Elə bir alim yoxdur. Bəs onlar o pulları haradan alırlar? Onlar mənə misal gətirir ki, Akademiyada çalışan Yasəmən Qaraqoyunlunun da evi yox idi. Mən mətbuatdan xəbər tutmuşdum ki, o, ölkə rəhbərliyinə səslənib. Niyə institutun direktoru bu işdə günahkar olmur, yeyib-dağıdan “alimlər şəbəkəsi”si günahlandırılmır? Fırıldaqçı alimlərin əksəriyyətinə baxsaq, hansının şəraiti bizim şəraitimiz kimidir? Bunu görmək mümkün deyil. Son zamanlar Dilçilik İnstitutunda kitab istehsalına başlayıblar.

Bu biabırçılıqdır. Direktor mənə deyir ki, gələndən hamının kitabını dərc edir, hörmət edir. Mən sual verdim ki, siz bu “yaxşılıqları” nəyin hesabına edirsiz? Bunları dövlətin vəsaitləri hesabına edirsiz və o pulları çox yalnış yerə xərcləyirsiniz. Dərc olunan o kitabların məzmununu yoxlayaq, görək nədən ibarətdir. Siz o elmsizliyə dövlətin vəsaitini niyə xərcləyirsiz? O vəsaiti verib bir neçə alimin kirayə haqqını ödəmək olar. Gəlsinlər, mənim də işimi, onların da işini ortaya qoyaq görək nə iş görüblər. Mənim prinsipim bundan ibarətdir. Xəstəxanaya göndərmək əvəzinə məni ailəmlə yataqxanaya göndərirlər”.

Alimin iddiaları ilə bağlı AMEA-nın mətbuat xidmətinə sorğu ünvanlasaq da, cavab verilməyib.

Xatırladaq ki, bir neçə il öncə Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün tikiləcək ilk yaşayış kompleksinin – “Alimlər şəhərciyi”ndə (Science City) təməlqoyma mərasimi keçirilmişdi. İlk binanın inşasının 2 ilə başa çatdırılması, Şəhərcikdən ümumilikdə 1928 nəfər alimin mənzil alması planlaşdırılırdı. Lakin sonra həmin mənzillərin ödənişli olduğu məlum oldu. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) isə bildirilmişdi ki, hazırkı bazar qiymətlərinə baxanda qiymətlər optimal qoyulub. 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumulikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur.

Bunlardan 50 mənzil birbaşa satış üçün nəzərdə tutulub. AMEA əməkdaşları üçün nəzərdə tutulan mənzillər bir, iki və üç otaqlıdır. Həmin mənzillərin 1 kvadrat metri üçün nəzərdə tutulan ödəniş 370 manatdır. Amma 3 il müddətində ödənişlə 1 kvadrat metrin qiyməti 470 manatdır. Eyni zamanda, 3 il müddətində ödənişlə verilən mənzillər üçün ilkin ödəniş 2 119 manat, aylıq ödəniş isə 794 manatdır. Onu da qeyd edək ki, 2021-ci ildə “Alimlər şəhərciyi” yaşayış kompleksinin bir binası tikilib hazır olsa da, sakinlərin yerləşməsi ilə bağlı problem yaşanırdı.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024