Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (21-09-2023, 13:20)
"Sədərək"də yolu kəsib pul alanlar kimdir? - VİDEO

"Sədərək"də yolu kəsib pul alanlar kimdir?
“Sədərək” Ticarət Mərkəzi ölkəmizdəki ən böyük ticarət mərkəzlərindən biridir. Bu ticarət mərkəzinə hər gün yüzlərlə avtomobil daxil olur. Bu avtomobillər həm ticarət mərkəzindəki satıcılara, həm də alış-veriş etməyə gələnlərə aiddir. Onlar ticarət mərkəzindən çıxarkən isə müəyyən “postlardan” keçərək, ödəniş etməli olurlar. Biz də ticarət mərkəzinə baş çəkdik. Ödənişin alınması prosesini görüb, əyani göstərmək üçün qeydə aldıq. Ödəniş edərkən hansısa qəbzin verilmədiyinin şahidi olduq.

Buradan belə nəticəyə gəlmək olar ki, qəbzi almaq üçün mütləq onu əməkdaşdan tələb etmək lazımdır, əks halda heç bir qəbz verilməyəcək. Bu da alınan pullara görə verginin ödənilib-ödənilmədiyini sual altında qoyur.

Vəziyyətlə bağlı ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədimlə əlaqə saxladıq.

Kəmaləddin Qədimin müdafiə etdiyi bu fəaliyyət bəs görəsən nə qədər qanunidir? Nəqliyyat eksperti Elməddin Muradlı deyir ki, adıçəkilən ticarət mərkəzində pul yığılması tamamilə qanunsuzdur.

Onun sözlərinə görə, burada ödənişin nə məqsədlə edildiyi bəlli deyil.

Dövlət Vergi Xidmətindən isə bildirildi ki, “Sədərək” və bu kimi digər ticarət obyektlərində aparılmış dürüstləşdirmə tədbirləri nəticəsində bütün obyektlər vergi uçotuna qoyulub, hamısında kassa aparatları tətbiq edilib. Vətəndaşlar hər hansı bir şəraitdə onlara qəbz təqdim edilməməsi ilə rastlaşarlarsa, Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə, yaxud müvafiq vergi orqanlarına müraciət edə bilərlər.

Hüquqşünas Emil Aslanov qeyd edir ki, Vergilər Məcəlləsinə görə sözügedən hallara yol verənləri cərimə gözləyir. Belə ki, onlar min manatdan 6 min manata qədər cərimə oluna bilər.

Bəli, kimsə hansısa fəaliyyətlə məşğul olmaq istəyirsə, bunu qanuni şəkildə həyata keçirməlidir. Əks təqdirdə mütləq cəzasını alacaq.


шаблоны для dle 11.2

Xəbər lenti
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024
25 12 2024