Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-08-2023, 19:31)
Masazırda bələdiyyə sədri qəsəbə ərazisini zibil poliqonuna çevirib- VİDEO

Masazırda bələdiyyə sədri qəsəbə ərazisini zibil poliqonuna çevirib-  İTTİHAM



Yəqin ki, hər kəs o haqda lazımi məlumatlara malikdir ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirən qeyri-dövlət orqanıdır. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi, seçkili bələdiyyə orqanları mövcuddur və bələdiyyələr qəbul olunmuş Qanun çərçivəsində səlahiyyətlərinə aid edilmiş bir çox yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edirlər. Faktdır ki, hər bir bələdiyyənin fəaliyyəti bərabərlik prinsipi əsasında qurulur. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmiş və həmin vaxtlarda Respublikamızda 2700 bələdiyyə yaradılmışdır. Bir qədər vaxt keçdikdən sonra isə, kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə çatdı. O da hər kəsə bəllidir ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir.

Fakt budur ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını ilk vaxtlardan elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq, Azər Quliyevin sədrlik etdiyi Abşeron rayonu, Masazır qəsəbəsi bələdiyyəsi isə, hal-hazırda fəaliyyətini tamam fərqli formada həyata keçirməkdədir. Çünki, redaksiyamıza qəsəbə sakinlər tərəfindən çatdırılan məlumatlarda bildirilir ki, Azər Quliyev sədr olaraq üzərinə düşən vəzifəni lazımınca yerinə yetirmir, yaxud da yerinə yetirməyi bacarmır. Çünki, hal-hazırda qəsəbə ərazisini zibil və digər tullantılar ağuşuna alıb. Bu şəxs Masazır qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsinə bir müddət bundan əvvəl sahiblənib. Buna baxmayaraq o, ilk gündən qəsəbə sakinlərini məxsus problemlərin aradan qaldırılması istiqamətində heç bir addımını atmadı və bu gün də oxşar münasibətini sərgiləməkdə davam edir. Elə ki, Azər Quliyevə qəsəbə ərazisində zibillərin hansı səbəbdən daşınmaması barədə sual verib cavab əldə etmək istəyirsən o halda o, “Abad Abşeron” pulları yığıb da ortadan çıxıb. Biz də sakinlərin qarşısında dilemma qarşısında qalmışıq” deyə cavab verir. Əslində bu cür cavablar sakinləri yola verməkdən başqa bir şey deyil. Çünki, sədr vəzifəsini daşıyan hər kəs, o cümlədən Azər Quliyev də daşıdığı vəzifəsinin məsuliyyətini dərk etməli və Masazır qəsəbəsi sakinlərinin bir çox problemlərini, ələlxüsus zibillərin daşınmasını da təşkil etməlidir.

Faciə odur ki, Masazır qəsəbə bələdiyyəsi sədrinin fəaliyyətsizliyi ilə bağlı Abşeron RİH-nin başçısına edilən şikayətlərin də heç bir nəticəsi olmur. Ona görə də ehtimal etmək olar ki, çox yaxın vaxtlarda bu şəxsin fəaliyətsizliyinə qarşı kütləvi narazılıq hissinin baş qaldıracağı və hadisələrin yaxşı sonluqla nəticələnməyəcəyi gözlənilir. Bu kimi səbəblər üzündəndir ki, hal-hazırda Masazır qəsəbəsi ərazisində sakinlərin haqlı narazılıqları “pik nöqtə” yə çatıb.

Problemlərin varlığını diqqətdə saxlayacağıq. Araşdırmamız davam edəcək.

Nyus.Az






шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025