Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-06-2023, 19:10)
Tarixçi alim Kərəm Məmmədov vəfat etdi

tarixci-alim-kerem-memmedov-vefat-etdi


Mediatv.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidməti məlumat yayıb.

Alim ürəktutmadan vəfat edib.

Qeyd edək ki, tarixçi alim 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olub. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışıb, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edib. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Elmi və pedaqoji fəaliyyəti 100-ə qədər elmi əsərdə öz əksini tapıb.

Kərəm Məmmədov 2019-cu ilin aprelində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib, həmin il "Əməkdar müəllim" adını alıb.

Allah rəhmət eləsin!

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025