Ana səhifəBizimlə əlaqə
Hacıbaba Babayev icazə verib? 5 mərtəbəli binanın zirzəmisi necə obyektə çevrildi….
Ziya Məmmədovu həbsə aparacaq 100 milyonluq korrupsiya skandalı
Əbülfəs Qarayevin “London mühazirəsi”nin şifrələri - İLGİNC
Niyazi Bayramov gethagetdə də Gəncəni satır... - VİDEOFAKT
Yalnız “Azərişıq”ın tenderlərini udan şirkət: “SMART ENERGY SERVİCES” kimə məxsusdur?
Dünyanı idarə edən qumar imperiyasının “kralı” - “Anar 007”in gizli milyonları və qorxunc şəbəkəsi ifşa olur! -TƏFƏRRÜAT
“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb
Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir?
Nazirliyin vəzifəli şəxsi Eduard Hacıyevin 151 min manat pul qalmaqalı araşdırılacaq?
Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-06-2023, 15:31)
Gülnarə Heydərinin tenderi udması üçün Dövlət Sərhəd Xidmətində hansı oyunlardan çıxırılar

 Ötən həftə Dövlət Sərhəd Xidməti tərəfindən qazanxana avadanlıqları və su nasoslarının satın alınması üzrə yekun vurulmuş açıq tender barədə məlumat vermişdik. Qeyd etmişdik ki, sözügedən qurumun Tender Komissiyası 13.03.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və  GÜLNARƏ NADİR QIZI HEYDƏRİ ilə 451.568,3 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 01.06.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Xatırladaq ki, tenderin şərtlərinə uyğun olaraq  Gülnarə Nadir qızı Heydəri 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini 10 növ müxtəlif ölçüdə istilik qazanı, 11 növ qazla və dizellə işləyən odluq,  3 ədəd qaz requlyatoru, 4 ədəd müxtəlif ölçüdə genləşmə çəni, 2 ədəd boyler, 7 ədəd müxtəlif ölçüdə dövriyyə nasosu, hidrofor nasosu,hidrofor nasosla birlikdə kiçik həcmli, 3 ədəd müxtəlif ölçüdə dərinlik su nasosu ilə təchiz etməlidi.

Onu da xatırlatmaq istərdik ki, açıq internet axtarış sistemləri üzərindən apardığımız ətraflı araşdırmada yarım milyon manat civarında açıq tenderin qalibi olmuş Gülnarə Nadir qızı Heydəri barəsində heç bir məlumat əldə edə bilmədik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda belə Gülnarə Nadir qızı Heydərinin adına rast gəlinmir. Yəni Gülnarə Nadir qızı Heydəri Dövlət Vergi Xidmətində heç fiziki şəxs kimi də qeydiyyata alınmayıb. Belə olan halda onun tenderdə iştirakına necə yol verilib?

Dövlət Sərhəd Xidməti Tender Komissiyası sözügedən satınalma prosedurunda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir neçə maddəsini pozduğunu da açıqlamışdıq ki, onlardan biri də həmin qanunun 8-ci maddəsidir.

Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı

 8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.

Apardığımız ətraflı araşdırmalar zamanı Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasının tək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini deyil, həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini də göbud şəkildə pozduğu üzə çıxdı. Belə ki, sözügedən məcəllədə göstərilir:

445-1.3. Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, yəni:

445-1.3.2. ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

445-1.4.2. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə, satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə

445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə –

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. 

İnzibati Xətalar Məcəlləsinin tələblərindən də göründüyü kimi Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası Gülnarə Nadir qızı Heydərini satınalan şəxs kimi tenderdə iştirak etməklə qanunun tələblərini pozub. Bundan əlavə Tender Komissiyası sözügedən Məcəllənin 445-1.6-cı maddəsinin tələblərini də pozub. Belə ki, satınalan təşkilat olaraq Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası malların və xidmətlərin satın alınmasını mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirməli olduğu halda, sahibkarlıq fəaliyyəti həlli olmayan bir şəxslə müqavilə bağlamağa üstünlük vermişdir.

Burada xüsusilə vurğulamaq istərdik ki, əvvəlki məqalə hazırlanda, yəni 01.06.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin reyestr məlumatları üzərindən apardığımız araşdırmada Gülnarə Nadir qızı Heydərinin heç fiziki şəxs olması barədə də məlumatlar olmadı. Dövlət Vergi Xidmətin reyestr məlumatları üzərindən bu gün apardığımız araşdırmada Gülnarə Nadir qızı Heydərinin fiziki şəxs kimi dövlət qeydiyyatına alındığı məlum oldu. Apardığımız ətarflı araşdırmada o da məlum oldu ki, 2023.06.05-ci il tarixə qədər Gülnarə Nadir qızı Heydəri reyestr məlumatlarında HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI kimi dövlət qeydiyyatına alınıb. Bu o, deməkdir ki, o, Dövlət Sərhəd Xidmətinin keçirdiyi tender prosesində fiziki şəxs HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI kimi iştirak edib. Onun bir fiziki şəxs belə olmadığı halda tenderdə hansı əsaslarla iştirak etməsini biz  ictimailəşdirdikdən sonra HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI bu gün 05.06.2023-cü il tarixdə adına olan VÖEN-i Gülnarə Nadir qızı Heydərinin adına dəyişdirib.

Ötən yazıda da qeyd etdiyimiz kimi açıq mənbələrdə GÜLNARƏ NADİR QIZI HEYDƏRİ  barəsində o qədər də geniş məlumat yoxdur. Dövlət Vergi Xidmətin reyestr məlumatlarında onun fiziki şəxs kimi heç ixtisas göstəriciləri də qeyd olunmayıb. Kimdirsə, Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası onu 451.568,3 manat məbləğində tenderin qalibi olmaq üçün hər cür oyuna belə gedir və görəsən Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin bütün bu oyunlardan xəbəri varmı?

 

Aktualinfo.org

шаблоны для dle 11.2

Reklam
Ən çox oxunanlar
Nazirə qarşı səssiz üsyan: Region rəisi Adil Kərimliyə meydan oxuyur

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Fotolar

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Dələduzluqda ittiham olunan şəxs necə rəis təyin olundu? – ETSN hələ da susur…

TƏBİB KEÇMİŞ NAZİRİN ŞİRKƏTİNƏ 11 AYDA 62 MİLYONLUQ TENDER VERİB

Paşinyan Qazaxıstandadır -FOTO

Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında

LAL DEPUTAT hələ də DİL AÇMAYIB... - Bəlkə ümumiyyətlə, danışa bilmir..?

Nazirliyin vəzifəli şəxsi Eduard Hacıyevin 151 min manat pul qalmaqalı araşdırılacaq?

İcra başçısı Rafiq Quliyev son xəbərdarlıqlardan nəticə çıxaracaq?

Azərbaycanda sərhədyanı rayonlarla bağlı dövlət proqramının qəbul edilməsi təklif olunur

Dünyanı idarə edən qumar imperiyasının “kralı” - “Anar 007”in gizli milyonları və qorxunc şəbəkəsi ifşa olur! -TƏFƏRRÜAT

“Aztelekom” bir ildə eyni şirkətlə 2.4 milyonluq müqavilə bağlayıb

• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
Zaqatalada arılar kütləvi halda MƏHV OLUR – Karantin tətbiq olunacaq?
22 11 2025
SOCAR Azəriqaz İB-də "Ölkədə işsizliyin artmasına dəstək " siyasəti davam edir.
22 11 2025
DOST-un “qızıldan qiymətli” damı: 54 min manata təmir ediləcək
22 11 2025
"Onun təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün 8 il vaxt lazımdır" - ETİRAZ
22 11 2025
Hikmət Mirzəyev əfsanəvi kəşfiyyatçının atası ilə görüşdü - Foto
21 11 2025
Leyla və Alyona Əliyevalar uşaq evinin açılışında
21 11 2025
Əliyevalar film festivalında - Fotolar
21 11 2025
General-polkovnik Vilayət Eyvazov bu ölkədə saziş İMZALADI
21 11 2025
Hacıbaba Babayev icazə verib? 5 mərtəbəli binanın zirzəmisi necə obyektə çevrildi….
21 11 2025
DTX-nin yeni sistemi yaradıldı - MİRAS
21 11 2025
"SOCAR AQS" İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB? -Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış
21 11 2025
Generaldan medal alan,nazirlər yola salan,qurumla müğənniləri düşmən edən Mənzərxanım kimdir? -MARAQLI DOSYE
21 11 2025
Ləğv prosesində olan sığorta şirkətinin vergi borcu - 1,3 MİLYON MANATA YAXINLAŞIB
21 11 2025
Ziya Məmmədovu həbsə aparacaq 100 milyonluq korrupsiya skandalı
21 11 2025
 Tahir Kərimliyə qarşı kampaniyanı Adəm İsmayıl təşkil etdirir?
21 11 2025
AQTA-da skandal: Qoşqar Təhməzlinin ətrafında nələr baş verir? - FOTOFAKT
21 11 2025
Prezidentdən forum iştirakçılarına - Müraciət
21 11 2025
İlham Əliyev onları təltif etdi - Siyahı
21 11 2025
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:Niyə məhz bir mənbədən satınalma?!
21 11 2025
“Yeganə” şadlıq sarayı yüksək məbləğdə borca düşdü
21 11 2025
“2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi” - Elman Nəsirovun çıxışı
21 11 2025
Ət bahalaşdı, bəs toy menyularının QİYMƏTİ? - VEGETARİAN TOYUNA KEÇƏCƏYİK?
21 11 2025
Əbülfəs Qarayevin “London mühazirəsi”nin şifrələri - İLGİNC
21 11 2025
Fidan Ermənistanı “silkələdi”: Ya sülh, ya da... -Bakının inanılmaz inadı və Paşinyan hökumətinin seçim olmayan yolu..
21 11 2025
Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır
21 11 2025
“Rahat” marketlərdə köhnə məsullar satılır?-Fotofakt
21 11 2025
Niyazi Bayramov gethagetdə də Gəncəni satır... - VİDEOFAKT
21 11 2025
Vüsal Abdulla qəssabdır, YOXSA?..
21 11 2025
Oliqarx rektorun ŞÜBHƏLİ TENDERLƏRİ - Bir araşdıran olsa...
21 11 2025
Turşunun faydaları

Redaktor seçimi
Gəncə Regional Kollecdə Həmkarlar Sədri Vüqar Cahangirovun büdcə talama oyunu -ARAZ PAŞAYEV HARA BAXIR? SƏSYAZISI

Nazirə qarşı səssiz üsyan: Region rəisi Adil Kərimliyə meydan oxuyur

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Əlsəfa Məmmədov bu qədər sərvəti necə toplayıb?

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Naziri tənqid obyektinə çevirməyə çalışan Bəxtiyar Qılıncov hansı maraqlara xidmət edir?


Copyright © 2013 Mediatv.az
The site created : Web Media
Diqqət! Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Tel: +99412 510-21-31; +99470 250-20-46 media-tv.az@mail.ru, mediatv.az68@gmail.com
Ünvan: Mətbuat prospekti, 529-cu Məhəllə, Azərbaycan Nəşriyyatı, 6-cı mərtəbə