Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (25-04-2023, 11:12)
Rüşvətə görə tutulan AQTA-nın sabiq idarə rəisindən XƏBƏR VAR

Rüşvətə görə tutulan AQTA-nın sabiq idarə rəisindən
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rüşvətə görə həbs edilən sabiq rəisi Rauf Həsənovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Mediatv.az bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses aprelin 25-nə təyin edilib.

Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənova 1 il dövlət orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd: İdarə rəisi 2021-ci ilin 10 fevralında həbs edilib. Aparılmış istintaq tədbirləri ilə R.Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən pendir sexinin sahibindən 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsi müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə iş açılıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025