Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-05-2022, 11:07)
2200 manata görə eks-idarə rəisinə 3 il həbs verildi

2200 manata görə eks-idarə rəisinə 3 il həbs verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional bölməsinin rüşvətə görə həbs edilən rəisi Rauf Həsənova hökm oxunub.

Mediatv.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Həsənova 1 il dövlət orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, idarə rəisi keçən ilin 10 fevralında həbs edilib. Aparılmış istintaq tədbirləri ilə Rauf Həsənovun AQTA-nın Bərdə regional bölməsinin rəisi vəzifəsində işlədiyi dövr ərzində Bərdə rayonu Kələntərli qəsəbəsində yerləşən pendir sexinin sahibindən 1200 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına, sexin fəaliyyətinin yenidən dayandırılmasından sonra təkrarən açılmasına köməklik göstərəcəyini vəd verməklə vətəndaşı aldadıb 1000 manat məbləğində pulunu ələ keçirməsi müəyyən edilib.

Rauf Həsənov barəsində Cinayət Məcəlləsinin 178.1 (dələduzluq) və 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) maddələri ilə iş açılıb.

шаблоны для dle 11.2

Xəbər lenti
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
14 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024