Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (10-04-2022, 23:40)
Vətən Müharibəsi iştirakçısının qardaşı Prezidentə MÜRACİƏT ETDİ




Cəlilabad rayon Mirtəhməzli kənd sakini Təhməzov Mirsəlim Sahib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına müraciət etmişdir.Bir nüxsəsi də Mediatv.az-ın elektron poçtuna daxil olan müraciətdə deyilir:
    Möhtərəm Cənab Prezident!
  44 günlük müharibə ərzində Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdi, Şuşaya bayrağımızı sancdı .Cəbhə uğurlarımızın ən başlıca səbəbi Sizin, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi.
     Möhtərəm Cənab Prezident!
    Ordumuzun möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsinin iştirakçılarına yüksək qayğı olaraq sizin  Sərəncamınızla onlara 2022-ci ilin yanvar ayından “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının Müharibə Veteranı” vəsiqəsi verilməlidir. Müharibə veteranı” adı və vəsiqəsi 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə verilir.
 Bildirirəm ki qardaşım Təhməzov Azad Sahib oğlu 2020-2022-ci illərdə,44 günlik müharibə ərəfəsində N saylı hərbi hissədə xidmət etmişdir.Qardaşım 44 günlük vətən müharibəsi dönəmində düşmənin bir neçə PUA-nı və döyüş təyarəsini vuraraq məhv etmişdir.Qardaşımın  Müharibə veteranı” adı və vəsiqəsi ilə bağlı aidiyyatı qurumlara,eləcə də MN-nə dəfələrlə müraciət etmişəm, amma heç bir cavab yoxdur.Xahiş edirəm ki,qardaşımın Müharibə veteranı” adı və vəsiqəsinin alması üçün aidiyyatı qurumlara lazimi göstəriş verəsiniz.  шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024