Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-03-2014, 10:03)
“Sovetski”dəki evlərin 15 faizi bankda girovdadır

 

 

İqtisadi və Sosial Inkişaf Mərkəzi “Sovetski” ərazisində sökülən evlərin sakinləri arasında apardığı sorğu əsasında müəyyənləşdirib ki, həmin evlərin təxminən 15 faizdən çoxu girovdadır. Sakinlərin özləri və ya qohumları tərəfindən kredit alınması zamanı həmin mənzillər girov predmeti kimi qoyulub. 

 

Mərkəz müəyyən edib ki, həmin ərazidə sökülən evlərə görə kompensasiya ödənilən zaman məbləğin bir hissəsi məhz kredit borclarının bağlanmasına sərf edilə bilər.ÿBelə olan halda, hökumət sökmək fikrində olduğu ərazidə əməlli-başlı dolaşığa düşüb.

Məsələyə bir qədər dərindən yanaşanda maraqlı mənzərə üzə çıxır. Tutaq ki, mənzillərin hər kvadratmetrinə 1500 manatdan ödənilən pulla hökumət vətəndaşa ev almağı təklif edir. Əslində, həmin məbləğə Bakıda ev almaq mümkün olmasa da, bunu fərz edək. Dövlət vətəndaşa sökdüyünün əvəzində həmin cüzi məbləği verib deyir ki, banka olan borcunu bağlasın. Görəsən, kompensasiyanı banka ödəyən sakin evi nə ilə almalıdır?

Digər tərəfdən, dövlət banka həmin kompensasiyanı verərək vətəndaşın kredit borcundan çıxmağı təklif edərsə, vəziyyət necə ola bilər? Son məqamda bank insafa gəlib ev alana qədər vətəndaşa möhlət verə bilər, buna inanmaq bir qədər çətin olsa da. Lakin banklar özünü belə bir riskə atarmı?

Qeyd etdiyimiz məqamlara nəzərən, “Sovetski” camaatının hazırda düşdüyü problem necə həll olunmalıdır?

Iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, bu məsələ öncə, ədalətlilik  mövqeyindən həll olunmalıdır. Əslində, hökumət vətəndaşlar üçün fors-major şəraiti yaradıb. Ekspertin sözlərinə görə, vətəndaş evini girov qoyarkən belə bir situasiyanın yaranacağını bilməyib. Yəni, “Sovetski” camaatı qəflətən evinin söküləcəyindən xəbərsiz olub: “Hökumət bu qəfil addımı ilə insanların yaşam düzənini pozaraq onları yurdundan edib. Hazırda həmin ərazidə yaşayan insanlar çıxılmaz vəziyyətə düşüb və yaşayışları çətinləşib. Bu insanların həyatını ağırlaşdıran hökumətdir. Ona görə də belə vəziyyətdə əlavə ödəmələr, bankla hesablaşmalar  aparılmalıdır. Vətəndaşa hər kvadrata görə 1500 manat verib onun müəyyən hissəsinin bankın kreditinin bağlanmasına yönəldilməsi mümkün olan iş deyil. Hökumət bu yolu tuta bilməz və qanunverilcilik də buna imkan vermir. Həm də ki, belə bir addım ədalətsizlik olardı. Onsuz da hökumət  sözügedən mövqeyilə ədalətsizilyini sübut edib. Çünki hökumətin ehtiyacı yaranıb və sakinlərin evlərinin sökülməsi addımını atıbsa, o zaman normalda kredit borcları hökumətin vəsaiti hesabına ödənilməlidir. Ədalətli mövqe də bundan ibarətdir”.

Nemət Əliyev vurğulayır ki, Konstitusiyaya görə, vətəndaşı normal şəraitlə təmin etmə hökumətin borcudur. Ona görə də hökumət təcili qərar qəbul etməlidir.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024