Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-11-2022, 19:42)
Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkət cərimələndi

Kəmaləddin Heydərova məxsus olduğu deyilən şirkət cərimələndi
"Qafqaz-Qəbələ" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə edilib.Mediatv.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, buna səbəb şirkətin məcburi auditdən yayınması olub. MMC İnzibati Xətalar Məcəlləsinin 464 maddəsi ilə cərimə edilib.

Şirkət barəsində tərtib olunan cərimə protokolu baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilib. İş hakim Abbas Əliyevin icraatına verilib.

Ətraflı
Qeyd edək ki, "Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Qafqaz-Qəbələ” MMC 11 sentyabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 500 100 AZN olan MMC-nin qanuni təmsilçisi Süleymanova Şəbnəm Fərman qızıdır. O, ötən il Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən fəxri fərmanla təltif edilib.

Şəbnəm Süleymanova "Qafqaz-Qəbələ” MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin Kəmaləddin Heydərova məxsus olması barədə məlumatlar var. Konkret olaraq, "Qafqaz-Qəbələ” MMC Kəmaləddin Heydərova məxsus olan "Gilan Holdinq”in tərkibində fəaliyyət göstərən şirkətlərdən biridir. Bəzi məlumatlarda isə bildirilir ki, MMC "Gilan Holdinq”in tərkibindən çıxıb. Bununla belə, Kəmaləddin Heydərovun nəzarətində qalır.
шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024