Sosial (10-10-2022, 14:20)
ADI ZAKIR MIKAYILOVUN, DADI ƏHMƏD ƏHMƏDZADƏNIN OLAN“MELIORASIYA VƏ SU TƏSƏRRÜFATI” AÇIQ SƏHMDAR CƏMIYYƏTI
Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən alınandan sonra Azərbaycan insanının qəlbində hardasa bir ümid qığılcımı yarandı ki, o, daha yüksək vəzifə ilə şərəfləndirilsə də, hər halda ölkənin su təsərrüfatı əsarət buxovundan azad olar. Azərbaycan vətəndaşları, xüsusilə də suvarma suyunun istehlakçıları Əhməd Əhmədzadənin baş nazirin müşaviri vəzifəsinə təyin olunmasına, özünün, qohum-əqrəbasının məsuliyyətə cəlb olunmamasına, çapıb-taladıqları nəhəng haram kapitalın müsadirə olunmamasına ikiəlli razı idi, təki zəli kimi yapışdıqları, sümürdükləri sahədən əl çəksinlər.
Əhmədzadələrin sümürgənçiliklərinin isə həddi-hüdudu yoxdur. Bu barədə açıq internet resurslarında yetərincə informasiya vardır. Məsələn, yayaılan xəbərlərə görə, Əhməd Əhmədzadənin oğlu Cümə Əhmədzadənin Azərbaycanda, Türkiyədə və İngiltərədə bahalı mülkləri, otelləri, Londonda aktivləri 6 milyon funt-sterlinqi, Çexiyada 5 milyon dolları aşan şirkətləri var. Əhməd Əhmədzadənin qızı Vüsalə Əhmədzadə ölkə xaricində — Türkiyədə böyük biznesə, şirkətlərə, mülklərə,otellərə, istirahət mərkəzlərinə sahibdir.

İndi isə keçək, Əhməd Əhmədzadənin himayə etdiyi komandasının digər “parlaq” üzvlərinə. Onlar haqqında zaman-zaman biz də yazmışıq. Həmin məqalələrimizdən bəzi sitatların altını cızırıq. Məsələn: Dəryaz qəzetinin redaksiyası olaraq “Bir qədər əvvəl ASC sədrinin müavini Rafiq Aslanovun Londonda yaşayan oğluna əmlak şirkətləri tərəfindən hazırda 438 min funt sterlinq (1 milyon manata yaxın) dəyərində qiymətləndirilən mənzil aldığı barədə xəbər yayıldı. Efirdəki çıxışlarında suvarma suyunun az qala yarısının itkiyə getdiyini bildirən Rafiq Aslanovun paytaxtda — Nəsib Bəy Yusifbəyli küçəsi — 100 ünvanda yüksəkmərtəbəli yeni binasının dəyərinin bir neçə milyon manat, Qubanın Qəçrəş kəndindəki böyük istirahət mərkəzinin dəyərinin isə ölçüyəgəlməz olduğu deyilir.
Əhmədzadənin sadiq və “toxunulmaz” kadrlarından biri də hektarlarla torpağı dövlət rəhbərliyinin dirçəldilməsinə qərar verdiyi sahələrdən olan pambıqçılıq təsərrüfatı qurmaq adı ilə ələ keçirən Biləsuvar Suvarma Sistemləri İdarəsinin rəisi Ədalət Babayevdir.
Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov da İdarənin sifarişçisi olduğu bütün tenderlərdə uzun illərdən bəri dostluq etdiyi şəxsin – Qurban Abbasovun şirkətlərini qalib elan etməkdədir.
Xatırladaq ki, hələ bir müddət öncə mətbuatda Qurban Abbasovun rəhbəri olduğu illik dövriyyəsi 50 milyon manata yaxın olan “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, ”Sevinc 96”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis” MMC-lərin vergidən yayındığı barədə məlumatlar tirajlanmışdı. Ehtimal olunur ki, Qurban Abbasova vergilərdən yayınmaq barədə “müfəssəl məsləhət” verən dostunun oğlu Vüsal İsmayılovdur. Azər İsmayılovun Salyan və Neftçalada bir çox balıqyetişdirmə hövzələrinə sahib olduğu da deyilir. Lakin bu onun ailə biznesinin çox cüzi hissəsidir. Məlumata görə, İsmayılov əsas biznesi Bakıda yerləşir və bu biznesi çox gizli saxlayır. Bundan başqa, idarə rəisinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan rayonunda yerləşən yardımçı fermer təsərrüfatına qardaşı Hətəm Kərimovu müdir təyin etməsi və bu təsərrüfatda yetişdirilən qoyun-quzunu öz şəxsi mülklərinə çevirmələri, təsərrüfatın 35 ha torpağında yonca əkdirərək satdırmasından da yazmışdıq.
Adlarını çəkdiyimiz məmurların qorunması məsələsini isə Əhməd Əhmədzadə ASC sədrinin “əzəli və əbədi müavinlərindən” Zakir Quliyevə vəsiyyət edib. Çünki həmin məmurların korruptiv hərəkətləri barədə ASC rəhbərliyinə göndərilən şikayətlərə təkzibləri, yayındırıcı cavabları məhz Zakir Quliyev verir.
Elə bu ilin fevralında Əhməd Əhmədzadənin bacısı oğlu Elçin Məmmədov Meliorasiya, su ehtiyatları və sudan istifadə edənlər birlikləri üzrə iş şöbəsinin müdiri vəzifəsinə təyin olundu. Kimin əmri ilə? – Əlbəttə ki, Əhməd Əhmədzadəni ASC-nin sədri vəzifəsində əvəzləyən Zaur Mikayılovun fərmayişi ilə! Belə çıxır ki, Əhməd Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri vəzifəsindən getsə də, bu sistemin idarəçiliyini öz əlində saxlayıb, Zaur Mikayılov isə onun yerində marionetka kimi oturub, patronunun vaxtilə formalaşdırdığı komandanı qorumaqla məşğuldur. Ola bilsin ki, ahıl yaşlı Əhməd Əhmədzadənin artıq aktiv hərəkətləri yerinə yetirməkdə çətinlik çəkdiyi, məsələn, işğaldan azad olunan ərazilərdə qurulan hidro-sistemlərin açılış mərasimlərinə belə getməyə gücü çatmadığı müşahidə olunub və baş nazirin müşaviri vəzifəsi ona ömrünü rahat vəzifə kreslosunda başa vurması üçün sadəcə peşkəş edilib.
Deryaz.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
Milli Kitabxanada “25 noyabr - Kəlbəcər şəhəri günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025

























