Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (3-10-2022, 18:24)
Laçında tələ minaları aşkar edildi - Fotolar

Laçında tələ minaları aşkar edildi

 Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə Qrupları tərəfindən Laçın rayonunda minatəmizləmə əməliyyatları davam edir.

Mediatv.az xəbər verir ki, Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin təmizlənməsi əməliyyatları zamanı düşmən tərəfindən quraşdırılan tələ minalarına rast gəlinib.

Evlərin və həyətyanı sahələrin girişinə quraşdırılan tələ məftili ilə işə düşən, eləcə də PMN-Э Ermənistan istehsalı olan minaların altına əl qumbarası yerləşdirilməsi faktları aşkar olunub.

Yüksək partlayışın baş verməsi məqsədilə partlayıcı qurğuları birləşdirməklə faciənin miqyasını böyütmək düşmənin insanlıq əleyhinə düşünülmüş xəyanətkar xislətidir. Bu kimi faktlar Ermənistanın regionda sülhə və təhlükəsizliyə, ətraf mühitə qarşı məkrli niyyətinin davam etdirdiyinin göstəricisidir.

Tələ minalarının, ölüm ehtimalını artıran mina-sürprizlərin quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.

 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025